Sosial
Yeni il bayramı ərəfəsində bazarlarda SON QİYMƏTLƏR - VİDEO
Yeni il bayramı ərəfəsində quzu əti və hind quşuna, eləcə də meyvələrə tələbat artıb.
Publika.az "Xəzər" TV-yə istinadən məlumat verir ki, yeni il bayramı ərəfəsində bölgələrdən gətirilən məhsullar ötən ilə nisbətdə daha boldur. Xüsusilə kənd toyuğu və hind quşu bu il ötən illərlə müqayisədə bazara daha çox gətirilib. Hazırda bazarda quzu ətinin 1 kiloqramı 22-23 manata, hind quşu ətinin 1 kiloqramı isə 14-19 manata təklif edilir.
Meyvələrə gəlincə, alma 1 manatdan başlayır. Cənub bölgəsinə yağan qar-çovğun narıngi və portağalın da qiymətinə təsir edib. Narıngi 1.50 manata, portağal 2.50-3 manata satılır. Banan 2.20, kivi 2.50, armud 3.50 manat, nar 2-3 manat arasında, xaricdən gətirilən üzüm 4 manata, limonun 3-4 ədədi 1 manata, heyvanın kiloqramı 2-3 manata satılır. Qızıləhmədi almasının kiloqramı 4.50 manatadır. Ananasın qiyməti isə 5-6 manat civarındadır.
Ətraflı süjetdə:
-
Hadisə10:47
Məhkəmə "12-ci imam"la bağlı qərar çıxardı
-
Region10:20
Bu iki ölkə də Ermənistanı silahlandıracaq: Müqavilə bağlandı
-
Dünya10:02
İranı xəyanətdə ittiham edən Putinə SEPAH-dan cavab gəldi
-
MDB09:37
Sensasion təklif: Mağazalarda xüsusi rəflər qurulsun, bu məhsullar havayı verilsin
-
İdman08:48
“Qalatasaray”ın prezidenti “Sarı Gəlin”i oxudu - VİDEO
-
Region06:46
Aldığı zeytun yağını bankaya tökən qadın ÜSYAN ETDİ: "Allah lənət eləsin" - VİDEO
-
Magazin105:45
Renka Fatimə ilə elə rəqs etdi ki... - VİDEO
-
Maraq dünyası04:44
Oğlanın doğma anasına aldığı bahalı hədiyyə nişanlısını QƏZƏBLƏNDİRDİ