Region
Bu iki ölkə də Ermənistanı silahlandıracaq: Müqavilə bağlandı
Ermənistan, Yunanıstan və Kipr arasında müdafiə məsələləri üzrə məsləhətləşmələr aparılıb və nəticədə üçtərəfli əməkdaşlıq proqramı imzalanıb.
Publika.az xəbər verir ki, bu barədə cümə günü Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Aydınlaşdırılır ki, dekabrın 19-da Afinada əvvəlcə Ermənistan və Yunanıstan arasında ikitərəfli, daha sonra isə Ermənistan-Yunanıstan-Kipr üçtərəfli məsləhətləşmələri keçirilib. Məsləhətləşmələrdə Ermənistan Müdafiə Nazirliyindən Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri Levon Ayvazyanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Məsləhətləşmələr zamanı 2024-cü il üçün müdafiə ilə bağlı əməkdaşlıq sahəsində işlərin nəticələri və 2025-ci il üçün planlar müzakirə edilib.
“Məsləhətləşmələrin sonunda Ermənistan-Yunanıstan ikitərəfli əməkdaşlıq və 2025-ci il üçün Ermənistan-Yunanıstan-Kipr üçtərəfli əməkdaşlıq proqramları imzalanıb ki, bu proqramlara silahlı qüvvələrin fəaliyyətinin müxtəlif sahələrinə bir neçə tədbir daxildir”, - məlumatda deyilir.
Bundan əlavə, müdafiə sektorunda yeni yanaşma və standartların tətbiqi məsələləri müzakirə olunub.
Ayvazyan həmkarlarına Ermənistan ordusunun transformasiyası prosesini təqdim edərək, Yunanıstan və Kiprdən olan tərəfdaşların, xüsusən də ordunun müxtəlif sahələrinin hazırlanmasında dəstəyinə ümid etdiyini bildirib.
Son zamanlar baş verən regional və beynəlxalq hərbi-siyasi hadisələr mövzusuna toxunulub.
Tərəflər müntəzəm müdafiə məsləhətləşmələrinin vacibliyini vurğulayıblar.
Tural
-
Qoroskop00:45Günün ulduz falı: Axşam saatlarında xoş sürpriz gözlənilir
-
Dünya20 Noyabr 22:18Tramp və Si Cinpindən süni intellektlə bağlı ortaq qərar
-
Səhiyyə20 Noyabr 20:48Dərmanlar da icbari tibbi sığortaya daxil edilir - Kimlər faydalanacaq?
-
Kriminal20 Noyabr 20:00Qətlə yetirilən Gülarənin atası danışdı: Ailədə nələr yaşanıb? - Video
-
Kriminal20 Noyabr 19:10DTX-dən terror qruplaşmasının üzvlərinə qarşı əməliyyat: İki nəfər saxlanıldı - Foto
-
Nida Xəbər 20 Noyabr 15:28Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTOLAR
-
Sosial20 Noyabr 14:54Sabiq deputatın əmlakları milyonlarla manata satışa çıxarılır
-
İdman20 Noyabr 14:06Cazibədar basketbolçu soyundu: Ceyms Bondun sevgilisi olmaq istəyir - FOTO














.jpg)





















.png)

