Cənubi Qafqaz
Ermənistan RAZILIQ VERDİ - Bu baş verərsə, Azərbaycanla sərhədə...
Ermənistan delimitasiyadan sonra Ermənistan-Azərbaycan sərhədində üçüncü dövlətlərin qüvvələrini yerləşdirməməyə hazırdır.
Publika.az xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan “Armenpress” agentliyinə müsahibəsində deyib .
“Biz təklif edirik ki, üçüncü ölkələrin qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiya olunmuş hissələrinə yerləşdirilməməsi haqqında əsasnamə genişləndirilsin və bu məntiqlidir. Çünki bu ərazilərdə eskalasiya riski delimitasiya hesabına əhəmiyyətli dərəcədə azalır, ən azı minimuma endirilir. Beləliklə, sərhədin tam delimitasiyası başa çatdıqdan sonra Ermənistan-Azərbaycan sərhədinin heç bir hissəsində üçüncü qüvvələrin olmasına ehtiyac qalmayacaq və Ermənistan belə yanaşmanı təklif edir", - Paşinyan bildirib.
Martın 20-də Ermənistan parlamenti ölkə ilə Avropa İttifaqı arasında Azərbaycanla sərhəddə Aİ-nin mülki müşahidə missiyasının statusu haqqında sazişi ratifikasiya edib. Yerevan və Aİ arasında müvafiq saziş 2023-cü ilin noyabrında imzalanıb.
Bundan əvvəl Avropa Parlamenti Ermənistanla əlaqələrin gücləndirilməsi ilə bağlı qətnamə qəbul edib və ölkəyə Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunun verilməsi təklifini öyrənməyə çağırıb.
Hüseyn İbadlı
-
ABŞ05:45"SpaceX" mümkünsüzü bacardı - "Starship" xüsusi platforma vasitəsi ilə tutuldu
-
Region04:14Türkiyədə ailələr arasında silahlı toqquşma - Çox sayda yaralı var
-
Region01:11Fulya Öztürk Leyla Əliyeva ilə bir arada - VİDEO
-
Magazin200:30Türk aparıcı 11 saat qaranlıq qutuda qaldı
-
Magazin214 Noyabr 22:48Emma kameralar qarşısında yıxıldı - FOTO
-
Art14 Noyabr 22:00Qızından sabiq nazirlə bağlı paylaşım - FOTO
-
İdman14 Noyabr 21:24Sambo üzrə idman ustası başından güllələndi
-
İdman14 Noyabr 21:12Futbol matçında dava: Vitse-prezident rəqiblə əlbəyaxa oldu
























.png)














