Sosial
Bu metro stansiyasının tikintisi dayandırıldı
Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Bənövşəyi xətti üzrə inşa edilən, şərti adı “B-4” olan metro stansiyasının tikintisi dayandırılıb.
Publika.az xəbər verir ki, bunu TNS-ə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, hazırda stansiyada tikinti işləri müəyyən müddətə dayandırılıb: "Bu, vəsait çatışmazlığı ilə bağlıdır. Amma bu o demək deyil ki, tikinti davam etdirilməyəcək. Stansiyanın inşasının əsas ağır mərhələsi geridə qalıb. 4 mərhələli inşaatın bütün mərhələləri üzrə qazıntı başa çatdırılıb, inşaatın tamamlanması adlandırılan işlərə başlanılıb, mərmər üzlük – qranit vurulmasına hazırlıq görülüb, dizayn mərhələsi həll edilir, stansiyada infrastrukturun qurulması üçün hazırlıq da var".
Qurum sözçüsü qeyd edib ki, stansiyanı “8 Noyabr”a birləşdirən hər iki yol infrastrukturu, yəni onun dəmir-beton yol hissəsi, relsləri qurulub: “Qatarların hərəkətini təmin edən elektrik sistemi və təmas relslərinin qurulması işləri görülməlidir. Stansiyada digər işlərin də hazırlığı görülüb. Məsələn, eskalatorlar və havalandırma ventilyatorları da gətirilib”.
-
Sosial20:40
Metropolitenin yeni rəisi kimdir? - DOSYE
-
Rəsmi xronika20:20
Prezident “Bakı Metropoliteni”nə yeni sədr təyin etdi
-
Sosial19:40
Bu uşaq bağçasının müdiri işdən çıxarıldı - SƏBƏB
-
Sosial19:00
Azərbaycanda bu il baş verən zəlzələlərin sayı açıqlandı - İnanılmaz rəqəm
-
Hadisə17:43
Hərbçimiz minaya düşdü
-
Nida Xəbər 16:03
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət ödəniləcək - Prezident təsdiqlədi
-
Nida Xəbər 14:26
Oruc Zalovun polkovnik oğlu işdən çıxarıldı - FOTO
-
Nida Xəbər 13:31
Baş Prokurorluğa yeni səlahiyyət verilir