Sosial
Həlak olan pilotumuzun adına bu ölkədə təqaüd veriləcək
Ukraynada Azərbaycanın Milli Qəhrəmanı, AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin pilotlarından biri Aleksandr Kalyaninovun adına təqaüd təsis ediləcək.
Publika.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev Feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, pilotun adına azərbaycanlılar üçün təqaüd təsis ediləcək:
“Azərbaycanlıların Birləşmiş Diasporu Ukrayna Dövlət Uçuş Akademiyası və Azərbaycan Respublikasındakı Ukrayna səfirliyi ilə birlikdə Kropivnitskidəki Uçuş Akademiyasında təhsil alacaq gələcək azərbaycanlı pilotlar üçün Aleksandr Kalyaninovun adına ayrıca təqaüd təsis etmək imkanını nəzərdən keçirir”.
Qeyd edək ki, bundan öncə də sözügedən Akademiyanın sinif otaqlarından birinə Aleksandr Kalyaninovun adının veriləcəyi açıqlanmışdı.
Xatırladaq ki, AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri – İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
-
Dünya10:08
2025-ci ildə qlobal iqtisadiyyatda güc balansı belə olacaq
-
ABŞ08:40
İlon Maskdan "Cybertruck"ın partlamasına REAKSİYA
-
Dünya03:35
Qaydalar sərtləşdirildi: bu sərnişinlər daha çox cərimə ödəməli olacaqlar
-
Ekologiya01:35
Maqnit qasırğası gücləndi - Yer kürəsində radiorabitənin pozulması gözlənilir
-
ABŞ01:15
Trampın otelinin önündə olay: "Cybertruck" partladı - VİDEO
-
Qoroskop00:35
Günün qoroskopu: gözlənilməz sürprizlər mümkündür
-
İdman1 Yanvar 23:25
Messinin daşınmaz əmlakının siyahısı açıqlandı: otellər, lüks mənzillər...
-
Magazin21 Yanvar 22:55
Məşhur reper yarışmadan qazandığı 500 mini uşaqlara bağışladı - Video