Dünya
Qaydalar sərtləşdirildi: bu sərnişinlər daha çox cərimə ödəməli olacaqlar
Türkiyədə 2025-ci il yanvarın 1-dən etibarən təyyarənin qalxması, enməsi və ya hava gəmisinin hava limanının/aerodromun ərazisindən hərəkəti prosesi zamanı lazerlərdən qəsdən istifadəyə görə cərimə məbləği 43,93 faiz artırılaraq 131 min lirəni (3,7 min dollardan çox) keçib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Mülki Aviasiya Baş İdarəsinin müvafiq qərarı çərşənbə günü Türkiyə hökumətinin rəsmi qəzeti olan “Resmi Gazete”də dərc olunub.
Gəminin göyərtəsində tüstü buraxan qurğuların istifadəsi 19 min 668 lirə (təxminən 550 dollar) məbləğində cərimə ilə nəticələnəcək.
Təyyarənin salonunda aqressivlik nümayiş etdirən və ya stüardessalar və digər sərnişinlərlə mübahisə edən, həmçinin ekipajın normal işinə mane olan sərnişinlərə də eyni məbləğdə cərimə tətbiq olunacaq.
Hava limanında yoxlamadan keçməkdən imtina edən və ya təhlükəsizlik xidmətlərinin əməkdaşlarının işinə müdaxilə edən şəxslər 26 min lirədən (742 dollar) çox cərimə ödəməli olacaqlar.
-
Qarabağ 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO
-
Avropa16:26Şimali Kiprdə batan gəmidən 259 nəfər xilas edildi - YENİLƏNDİ
-
Enerji16:17Sabah Bakının bu ərazilərində qaz olmayacaq
-
Ekologiya15:27Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
-
Nida Xəbər 14:10Azərbaycanda 32 kütləvi məzar tapılıb
-
İdman13:06“Mançester Siti”nin sabiq futbolçusu "Qarabağ"da
-
Ekologiya12:55Bakıda leysan yağacaq - HAVA PROQNOZU


































.jpg)