Sosial
Əməliyyat zamanı ad günü qeyd edilən cərrah işdən çıxarıldı
İş yoldaşları ilə birlikdə əməliyyat zamanı doğum gününü qeyd edən "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyeva ilə bağlı qərar verilib.
Publika.az Oxu.az-a istinadən xəbər verir ki, məsələni araşdırmaq üçün yaradılmış beş nəfərdən ibarət komissiya artıq işini yekunlaşdırıb, Ləman Əliyeva işdən azad edilib.
Komissiyanın araşdırmasının nəticəsi yanvarın 15-də ictimaiyyətə açıqlanacaq.
Xatırladaq ki, yanvarın 8-də mama-ginekoloqu Ləman Əliyeva əməliyyat zamanı iş yoldaşları tərəfindən "sürpriz"lə qarşılaşıb. Belə ki, o, əməliyyatda olarkən hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şamı üfürüb. Həm həkim, həm də həmkarları gigiyena qaydalarına məhəl qoymayaraq, xəstənin həyatını təhlükəyə atıblar.
Bundan sonra faktla əlaqədar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən artıq yoxlamalara başlanılıb. Yanvarın 9-da "German Hospital" adlı özəl tibb müəssisəsində plandankənar yoxlama keçirilib. Məsələ araşdırılıb, dörd nəfər ümumilikdə 2 000 manat cərimələnib.
-
MDB02:42
Gölün dibində quraşdırılan heykəl qalmaqala səbəb oldu
-
Yaxın Şərq00:30
Əsəd rejiminin ölüm saçan "şokolad"ları - ŞOK GÖRÜNTÜLƏR
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Qərarlarınız sizə uğur gətirəcək
-
Sosial14 Yanvar 23:36
Təyyarə qəzasından sağ çıxan Nizami NƏLƏRDƏN DANIŞIB? - VİDEO
-
Region14 Yanvar 23:12
Türkiyədə 11 nəfər saxta içkinin qurbanı oldu
-
Magazin114 Yanvar 23:00
Əbdül Xalid təcili xəstəxanaya yerləşdirildi - FOTO/VİDEO
-
Sosial14 Yanvar 22:36
"TikTok"da şantaj olunan qadının NİŞANI POZULDU, sonra... - İDDİA/VİDEO
-
Art14 Yanvar 22:00
Şəfiqə Məmmədovanın YENİ FOTOSU