Sosial
Millət vəkillərinin şəhid ailələri ilə görüşü keçirildi
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə 14 yanvar tarixində “Zəfər” İB-nin ofisində millət vəkilləri ilə Vətən uğrunda qəhrəmancasına canından keçən şəhidlərimizin ailə üzvlərinin görüşü keçirilib.
Publika.az xəbər verir ki, görüşdə Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova, komitənin müavini Jalə Əliyeva, komitə üzvləri olan millət vəkilləri Mehriban Vəliyeva, Günay Ağamalı və Səbinə Xasayeva, eləcə də 25 şəhid ailəsinin üzvləri iştirak ediblər.
Səmimi və ehtiram dolu bir mühitdə keçən görüş zamanı şəhid ailələrinin üzvləri onları narahat edən məsələləri dilə gətirərək öz suallarını ünvanlayıblar. Görüş iştirakçılarının fikirlərini diqqətlə dinləyən millət vəkilləri, şəhid ailələrinin rifahının və onlara göstərilən qayğının dövlətimizin prioritetlərindən biri olduğunu vurğuladılar.
Bildirildi ki, görüş zamanı qaldırılan problemlərin həlli istiqamətində bütün mümkün dəstək göstəriləcək və bu məsələlərin həlli diqqət mərkəzində saxlanılacaq. Rəsmi hissədən sonra görüş çay süfrəsi arxasında davam edib.
Görüşün sonunda xatirə şəkli çəkilib.
-
Ekologiya08:55Gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edildi - Yaxın saatlarda...
-
Ekopublika.az06:16Ev alqı-satqısı ilə bağlı mühüm dəyişiklik gündəmdə: Qiymətlər enəcək? - Video
-
Qoroskop01:40Günün ulduz falı: hisslərinizi açıq şəkildə ifadə etməkdən çəkinməyin!
-
ABŞ26 İyun 20:32İran atəşkəsi pozdu - Tramp
-
Magazin226 İyun 19:51Kadir İnanır vəfat etdi
-
Region26 İyun 19:138 il əvvəl faciənin yaşandığı zavodda yenidən partlayış oldu - Ölən və xəsarət alanlar var
-
Hadisə26 İyun 18:48Kanalda batan gəncin meyiti tapıldı - Video/Yeniləndi
-
Dünya26 İyun 18:36İran XİN-dən Körfəz ölkələrinə xəbərdarlıq











.jpg)



.jpg)







.jpg)

.jpg)









