Sosial
Xankəndiyə səyahətə getmişdi - Oğurluğa görə tutuldu
İşğaldan azad edilmiş Xankəndi şəhərinə gəzintiyə gedən şəxs oradan oğurluq etməkdə şübhəli bilinərək saxlanılıb.
Publika.az Musavat.com-a istinadən xəbər verir ki, 41 yaşlı A.Musayev şəxsi avtomobili ilə Xankəndiyə gedib. Məqsədi səyahət olsa da, sonrakı əməli heç də yaxşı olmayıb.
İstintaqla müəyyən edilib ki, A.Musayev orada fərdi yaşayış evinə qanunsuz daxil olaraq paltaryuyan maşın, su isidici, videomaqnitofon, kartof qızardan, kartric və digər əşyalar götürərək maşınına yerləşdirib. Həmin əşyaların ümumi dəyəri 354 manat olaraq müəyyən edilib.
A.Musayev əşyaları maşına yığan zaman polis əməkdaşları bunu görüb. Onu saxlayaraq polis idarəsinə gətiriblər. Musayev ifadəsində deyib ki, əşyaları yol kənarında sahibsiz gördüyü üçün götürüb. O, evə daxil olaraq əşyaları götürmədiyini söyləyib.
İş üzrə zərərçəkmiş tərəf kimi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tanınıb. Çünki işğaldan azad olunmuş ərazilərdə bütün daşınar və daşınmaz əşyaların mühafizəsi və idarə edilməsi İqtisadiyyat Nazirliyinə həvalə olunub.
Zərərçəkmiş tərəfin nümayəndəsi əşyalar qaytarıldığı üçün şikayətçi olmadıqlarını bildirib.
Məhkəmə təqsirləndirilən şəxs barəsində 1 il azadlığın məhdudlaşdırılması cəzası təyin edib.
-
Dünya08:36
FİLM KİMİ OLAY: Ev pişiyi sahibini işindən məhrum etdi
-
MDB08:12
Sərnişin təyyarəsi Kazan hava limanına ENƏ BİLMƏDİ
-
Magazin205:45
Demetdən Rzanın toyuna getməsi xəbərinə reaksiya - FOTO
-
Hadisə00:30
Lənkəranda bazarda GÜCLÜ YANĞIN - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Gizli istedadlarınız üzə çıxacaq
-
Hadisə19 Yanvar 23:12
Qaz sızmalarının və partlayışların qarşısını necə almaq olar? - VİDEO
-
Sosial19 Yanvar 22:00
Əhaliyə ŞAD XƏBƏR: Bəzi ərzaq məhsulları UCUZLAŞACAQ - VİDEO
-
İdman19 Yanvar 21:36
“Real Madrid” liderliyə belə yüksəldi - QOLLAR/VİDEO