Sosial
“Fotojurnalistikaya Dəstək Proqramı”nın Təqdimat Mərasimi keçirildi - FOTO/VİDEO
Azərbaycan Mətbuat Şurasında “Fotojurnalistikaya Dəstək Proqramı” çərçivəsində “Fotojurnalistika sənətinin yaradıcı sənaye obyekti kimi kommersiyalaşdırılmasına dəstək” layihəsi çərçivəsində keçirilən təlimin mükafatlandırma mərasimi keçirilib.
Publika.az xəbər verir ki, təlimlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin Jurnalistika Fakultəsi, Mətbuat Şurası və “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini Samir Xalidoğlu, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Natəvan Abbaslı və digər qonaqlar layihənin əhəmiyyətindən danışıb, iştirakçılara fotojurnalistika sahəsində uğur arzulayıblar.
Tədbirin sonunda təlimçilər və iştirakçılar təşəkkürnamə və sertifikatlarla mükafatlandırılıblar.
Təqdimat mərasimi xatirə şəkli ilə öz işini yekunlaşdırıb.
Qeyd edək ki, “Fotojurnalistika sənətinin yaradıcı sənaye obyekti kimi kommersiyalaşdırılmasına dəstək” layihəsi çərçivəsində fotojurnalistika üzrə mütəxəssislər Mirakif Babayev, Aygün Qurbanlı, Azərbaycam Fotoqraflar Birliyinin İdarə Heyətinin üzvü, tanınmış fotoqraf Vüqar İbadov, “Anadolu” Agentliyinin əməkdaşları Ruslan və Rəsul Rəhimovlar, və “Röyters” Agentliyinin əməkdaşı Əziz Elxanoğlu gənc jurnalistlər və BDU-nun Jurnalistika fakultəsinin tələbələrinə fotojurnalistikanın sirləri, beynəlxalq təcrübə və yaradıcı sənət olaraq kommersiyalaşdırılması mövsuzunda təlimlər keçiblər.
-
İKT21:37
Zukerberq süni intellektlə bağlı böyük planını açıqladı: 65 milyard dollar...
-
Sağlamlıq21:12
Meymunçiçəyi cinsi yolla keçir: Ölkəyə gəlib-gedənlərdən məcburi test götürülə bilər
-
Sağlamlıq20:40
Təhlükə saçdığı deyilən portağallarla bağlı RƏSMİ AÇIQLAMA
-
Yaxın Şərq20:30
HƏMAS-ın sabah azad edəcəyi qadın girovlar - Foto
-
MDB20:00
Putindən Trampın təhdidlərinə CAVAB: "Belə qərarlar verəcəyindən şübhə edirəm"
-
Nida Xəbər 18:40
Deputatların qəbul CƏDVƏLİ açıqlandı
-
Nəqliyyat18:10
Bakı metrosunun sərnişindaşımanın maya dəyərini süni şəkildə artırdığı ÜZƏ ÇIXDI
-
Sosial17:57
"40 minlik kompensasiyadan imtina etdim" - Hökumənin həyat yoldaşı danışdı