Tarix
Yeni qitə yaranır: Tarix bəllidir - Alimləri şoka salan fəlakətin FOTOLARI
Alimlər Afrika qitəsinin iki hissəyə bölünməsinin vaxtını yenidən nəzərdən keçiriblər. Onların fikrincə, bu, gözləniləndən xeyli tez baş verə bilər. Beləliklə, Kaliforniya Universitetinin professoru Ken Makdonald hesab edir ki, 1-5 milyon il ərzində qlobal fəlakət baş verə bilər, halbuki əvvəlcə bu prosesin on milyonlarla il çəkəcəyi güman edilirdi.
Publika.az "Daily Mail"ə istinadən xəbər verir ki, Efiopiya səhrasındakı təxminən 56,5 kilometr uzunluğundakı çat 2005-ci ildə yaranıb və o vaxtdan bəri illik 1,5 santimetr sürətlə böyüyür.
Professorun fikrincə, fəlakət nəticəsində Hind okeanı suları Şərqi Afrikadakı Rift Vadisinin yerləşdiyi ərazini su altında qoya bilər. Afrikanın yarılması planetdə yeni qitənin və okeanın yaranmasına gətirib çıxaracaq ki, orada su axsa, Atlantik okeanı qədər dərin ola bilər.

Alim bildirib ki, yeni qitə Somali, Keniya, Tanzaniya və Efiopiyanın yarısını əhatə edəcək. Çox güman ki, Nyubiya qitəsi adlanacaq.
Qeyd edək ki, bölünmənin özü, təxminən 22 milyon il əvvəl qitənin Böyük Göllərinin yerində əmələ gələn üç min kilometrdən çox uzunluğunda olan Şərqi Afrika Rift Sistemi ilə əlaqədardır. Bu bölgə həm də bir-birindən fəal şəkildə uzaqlaşan iki tektonik plitənin - Somali və Nyubiyanın vətənidir.

Xatırladaq ki, hələ 2020-ci ildə ABŞ və Böyük Britaniya alimləri Şərqi Afrikadakı tektonik qırılma nəticəsində yeni okeanın meydana çıxacağını əsaslandırmışdılar. Onlar bunun təxminən 5-10 milyon il sonra Ərəb, Somali və Afrika tektonik plitələrinin hərəkəti nəticəsində baş verəcəyini gözləyirdilər.
Maralıdır ki, oxşar məlumat 2023-cü ildə "The Economic Times" tərəfindən də yayılıb. Qeyd olunub ki, dənizə çıxışı olmayan ölkələr, məsələn, Zambiya və Uqanda qitənin parçalanması nəticəsində öz sahil xətlərini əldə edə biləcəklər.
Adəm Abbaslı
-
Hadisə19:0012 yaşlı şagird özünü məktəb binasından atdı - Əmisinin zorakılıq etdiyini deyibmiş
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov

















.jpg)
.jpg)


















