İdman
Tovuzda ara qarışdı: Ehtiram Quliyev istefaya gedir?

Azərbaycan Premyer Liqasının 19-cu turundan sonra “Turan Tovuz”un düşərgəsində gərginlik yaşanır. Qərb derbisində “Kəpəz”ə 2:5 hesablı məğlubiyyət Tovuz klubunda ciddi gərginlik yaradıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, gözlənilməz məğlubiyyət “Turan Tovuz”un rəhbəri Ehtiram Quliyevi qəzəbləndirib. O, problemlərlə dolu klubu tərk etmək istəyir.
Kluba yaxın şəxsin verdiyi məlumata görə, Ehtiram Quliyev heç bir səlahiyyətə sahib deyil. Komandada hər şey başqa şəxslər tərəfindən idarə olunur.
Ehtiram Quliyev yaxın ətrafı ilə söhbətdə bildirib ki, klubda özünü lazımsız fiqur hesab edir, qərarlara təsir imkanı yoxdur, amma komandanın uğursuzluğu zamanı tənqid olunan da odur.
Ehtiram Quliyev əmindir ki, 70 yaşlı Kurban Berdıyevlə uğur qazanmaq mümkün olmayacaq. O, situasiyanın dəyişəcəyinə inanmadığını, buna görə də “Turan Tovuz”dan getmək istədiyini bildirib.

-
Magazin203:43
“Muhteşem Yüzyıl”ın ulduzu Kremldə çıxış edəcək
-
Nida Xəbər 01:21
AzTV-nin efirində Rusiyanın ünvanına ağır söyüşlər - VİDEO
-
MDB00:00
AİLƏ FACİƏSİ - Nənə və nəvəsi yanaraq öldü, mənzil isə külə döndü
-
Hadisə9 Fevral 23:48
Suda batan 23 yaşlı Cavidin FOTOLARI
-
Magazin19 Fevral 23:36
“Əqrəb mövsümü”nün aktrisası “Səs”ə qatıldı - VİDEO
-
Magazin29 Fevral 23:00
SSRİ xalq artisti 95 yaşında VƏFAT ETDİ - FOTO
-
Hadisə9 Fevral 22:36
Qəbələdə buzlu yol təhlükəli vəziyyət yaratdı - ANBAAN VİDEO
-
Magazin19 Fevral 21:48
Xoşqədəm Doğuşdan ayrılıb?