Sosial
Gözdən uzaq, könüldən iraq: Kəndlərimiz niyə diqqətdən kənar qalır? - VİDEO
Azərbaycanın bəzi kəndləri, xüsusilə də ucqar, dağlıq bölgələrində yerləşən yaşayış məntəqələri illərdir ki, infrastruktur, səhiyyə, təhsil və məşğulluq problemləri ilə üzləşir.
Ucqar kəndlərin bir çoxuna gedən yollar bərbad gündədir. Elektrik, qaz və su təchizatı kimi əsas xidmətlərin qeyri-sabit olması kənd sakinlərini çətin vəziyyətə salır.
Elə bu günlərdə İTV-nin hazırladığı süjetdə gördüyümüz Baqqal kəndini buna misal göstərə bilərik.
Videodan da göründüyü kimi, Şəki ilə Qaxın sərhədində yerləşən bu kəndin yolu, qazı yoxdur. Kəndlilər işıq və su sarıdan da əziyyət çəkirlər.
Bu problemlərin həlli üçün dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, hələlik müsbət nəticə əldə etmədiklərini bildirən kənd sakini Əvəz Əhmədov Publika.az-a məktub göndərib. O bildirib ki, kəndlərində yaşamaq üçün vacib olan heç bir şərait yoxdur:
“500 nəfər əhalisi olan kənddə qaz xətti çəkilməyib. Qışda odun və alternativ yanacaq vasitələrindən istifadə edirik. Yolların vəziyyəti qənaətbəxş deyil, xüsusilə yağışlı və qarlı havalarda nəqliyyat üçün çətinliklər yaranır. İçməli suyu uzaq məsafədən vedrələrlə daşımaq məcburiyyətində qalırıq”.
Ə.Əhmədov onu da qeyd edib ki, hazırda sakinləri ən çox narahat edən qazın və yolun olmamasıdır:
“Qaz və yol problemi həllini taparsa, ümid edirik ki, digər problemlər də zamanla həll olunacaq”.
Məsələyə aydınlıq gətirmək üçün “Azəriqaz” İstehsalat Birliyinin mövqeyini öyrəndik. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirdi ki, “Azəriqaz” İstehsalat Birliyinə 2020-ci ildən etibarən dövlət büdcəsindən qazlaşma ilə bağlı heç bir vəsait ayrılmır:

“Artıq 5-ci ildir ki, “Azəriqaz” İstehsalat Birliyi öz resursları, maddi imkanları çərçivəsində qazlaşmanı həyata keçirir. Buna görə də mərhələlik prinsipi qorunur. Şəkinin sözügedən kəndinin də qazlaşması “Azəriqaz” İstehsalat Birliyinin maliyyə imkanlarından asılıdır. Yəni növbəti mərhələlərdə kəndin qazlaşmasına baxıla bilər”.
Kəndin yol problemi ilə bağlı isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mövqeyini öyrəndik.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli qeyd etdi ki, kəndlərarası avtomobil yollarının yenidən qurulması regionların sosial iqtisadi inkişafı dövlət proqramı çərçivəsində baş tutur:

“Sözügedən kəndə gedən yolun da dövlət proqramına salınması üçün aidiyyəti üzrə təqdimat təkrar hazırlanıb, adiyyatı üzrə təqdim olunub. Təkliflər dövlət proqramına daxil edildikdən sonra tərəfimizdən əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulur”.
Gülnar Süleymanova
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam












.jpg)



.webp)

















.jpg)
