Sosial
Aşağı Güzdək qəsəbəsinin “marşrut işgəncəsi”: Sakinlər hər gün pik saatlarda... - VİDEO
“Uzun müddətdir ki, evdən-işə, işdən də evə işgəncə ilə işə gedib-gəlirik. Bilmirik işimizin çətinliyinə, yoxsa yollarda saatlarla avtobus gözləməyə, bu basabasda gedib-gəlməyə dözək”.
Publika.az xəbər verir ki, bunu Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinin sakinləri redaksiyamıza ünvanladıqları müraciətdə qeyd ediblər.
Sakinlər iddia edirlər ki, mövcud problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, heç bir tədbir görülməyib:
“Qəsəbənin çoxdan qalma 5 avtobusu var. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) qəsəbəmizə avtobus ayırmayıb. Hansısa özəl şirkət avtobus alıb və xəttə buraxıb. Həmin avtobuslar isə yarım saatlıq intervalla hərəkət edir. Bir dəqiqə gecikdin, yarım saat gözləməli olursan. Qəsəbəmiz yetərincə böyükdür, sakinlərin sayı hər gün artır. Sizə göndərdiyimiz videoda da göründüyü kimi, günün pik vaxtlarında avtobusa minmək olmur. İşə tələsən camaat məcbur qalıb basabasda getməli olur”.
Məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Pərvanə Əliyeva ilə əlaqə saxladıq.
O bildirdi ki, Güzdək qəsəbəsi üçün komfortlu və iritutumlu avtobusların ayrılması barədə tapşırıq verilib:
“Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində fəaliyyət göstərən 511 nömrəli marşrut xəttində 5 avtobus sərnişinlərə xidmət göstərir. Daşıyıcıya xətt üzrə daha komfortlu və iritutumlu avtobusların ayrılması barədə tapşırıq verilib. Məsələ həll edilməyəcəyi təqdirdə, marşrut xətti müsabiqəyə təqdim ediləcək”.
Pərvanə Əliyeva onu da əlavə etdi ki, AYNA hər hansı bir əraziyə avtobus ayırmır:
“Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq müsabiqəyə təqdim edilir. Qalib gələn daşıyıcılar xətlərin istismarını həyata keçirirlər”.
Gülnar Süleymanova
-
Rəsmi xronika11:18Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir - İlham Əliyev
-
Dünya10:56“İsrail torpağı” kimi göstərdilər: ABŞ qəzetində qalmaqallı xəritə yayıldı
-
Rəsmi xronika10:36YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış edir - YENİLƏNDİ
-
Sosial08:36Bakının iki rayonu qazsız qalacaq
-
Avto05:15Elektrikli avtomobillə nə qədər qənaət edə bilərik?
-
Magazin104:44Samirə qaraya büründü - FOTO
-
MDB03:43Putin plenar sessiyada Azərbaycanla bağlı nə deyib?
-
İdman02:12Ronaldo olmadan Portuqaliya millisi qələbə qazandı



































.jpg)

