Sosial
Sosial şəbəkələrdə yeni fırıldaq: “Müharibə iştirakçısıyam” deyib insanları belə aldadırlar - FOTO

Sosial şəbəkələrdə Vətən müharibəsi iştirakçısı, qazi adı ilə bir çoxları “at oynadır”. İnsanların hərbçilərə olan inamından, sevgisindən sui-istifadə edənlərin sayı hər gün artmaqdadır. Belələri müxtəlif yollarla vətəndaşların pulunu mənimsəməyə çalışır və əfsus ki, əksər hallarda buna nail olurlar. Hətta bu qəbildən olanlar düşünür ki, əgər müharibədə iştirak edibsə, istədiyi hərəkəti, istədiyi dələduzluğu edə bilərlər. Və buna görə onlara “gözün üstə qaşın var” deyən olmayacaq. İş o yerə çatıb ki, dələduzluqda ittiham olunsalar belə, jurnalistin baş vermiş hadisə ilə bağlı fikir öyrənməsi onlar üçün təhqir hesab olunur.
Qeyd edək ki, Kamil Səlimov adlı şəxs elan saytında dələduzların toruna düşdüyünü iddia edərək Publika.az-a müraciət edib.
O bildirib ki, Tap.az saytından tanış olduğu, Vətən müharibəsi iştirakçısı olduğunu deyən Murad Hüseynov tərəfindən aldadılıb.
Belə ki, Kamil Səlimov saytda kirayə mənzil elanı ilə rastlaşıb. Zəng edib, Vətən müharibəsi iştirakçısı olduğunu deyən şəxs əvvəlcə onun güvənini qazanıb və evə baxmamış ondan beh alıb. Sonra “uşağım xəstədir, hazırda danışa bilmirəm” və s. bəhanələr gətirərək evi ona göstərməyib. Şəxs məsələni başa düşüb, pulunun geri qaytarılmasını tələb etdikdə isə qarşı tərəf onu “bloka” atıb:
“Adını qeyd etdiyim şəxs - Murad Hüseynov Tap.az-a ev kirayə elanı qoyub. O, məndən öncədən beh alıb sonra isə nə evi göstərib, nə də behimi qaytarıb. O məni inandırmaq üçün sənədlərinin şəklini də atmışdı. Bütün yazışmaları saxlamışam. Hətta ona atdığım pulun qəbzinə qədər var. Bu barədə polisə də məlumat vermişəm”.
Şikayətçi əlavə etdi ki, şikayətinin əsas məqsədi insanların ayıq-sayıq olması, digərlərinin də belə dələduzların toruna düşməməsi üçündür.
Qeyd edək ki, Kamil Səlimovun iddialarını cavablandırması üçün qarşı tərəfin də mövqeyini öyrənmək istədik. Lakin Murad Hüseynovun reaksiyası heç də gözlənilən olmadı. Bu yerdə "oğru elə bağırdı, doğrunun bağrı yarıldı"məsəli yada düşdü.
Belə ki, o, öncə Kamil Səlimovu tanımadığını dedi. Lakin sonradan suallarımızdan yayınaraq, şəhid övladı olduğunu, Vətən müharibəsində iştirak etdiyini, saytımızı tanımadığını və onu narahat etdiyimizi bildirdi:
"Ümumiyyətlə sizin saytınızı eşitməmişəm, jurnalist olduğunuz mənim üçün heç nəyi ifadə etmir, bir də məni narahat etsəniz aidiyyəti qurumlara şikayət edəcəm. Şəhidin ailəsini narahat edən şəxs qolu bağlı içəri gedər”.
“Biz sadəcə sizin də mövqeyinizi öyrənib, sonra yazını saytda dərc edəcəyik” dedikdə isə Murad Hüseynov aqressiv şəkildə “Gedin, xəbərinizi paylaşın, məni narahat etməyin. Siz hüququ bitirmiş, Vətən müharibəsi iştirakçısı ilə danışırsınız. Sizin zəng etməyiniz mənim üçün təhqirdir. Mənim nömrəmi yığmağınız axırıncı dəfə olsun", - deyə bizi hüquq-mühafizə orqanları ilə qorxutmağa çalışdı.
Qeyd edək ki, Murad Hüseynovun hərbi vəsiqəsinin saxta olub-olmaması ilə bağlı Müdafiə Nazirliyinə sorğu göndərmişik.
Gülnar Süleymanova


.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

-
Nida Xəbər 00:05
Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Hadisə19 Sentyabr 23:41
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video
-
Region19 Sentyabr 23:25
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: Xəsarət alanlar var - Fotolar
-
Magazin119 Sentyabr 22:26
Alim Qasımovdan maraqlı açıqlamalar: “Anamla xanımıma rüşvət verirdim”- VİDEO
-
Art19 Sentyabr 22:12
"Grammy" mükafatlı sənətçi təyyarə qəzasında həlak oldu
-
ABŞ19 Sentyabr 19:20
Tramp yenə ölümdən döndü - Bu dəfə helikopterində nasazlıq yarandı
-
MDB19 Sentyabr 19:10
Rusiya qırıcıları indi də bu ölkənin hava məkanını pozdu
-
İdman19 Sentyabr 19:00
Piastri Bakıda qaydanı pozdu: Araşdırma aparılır