Sosial
Cahid Şahbazov gənc qızın gözünü iflic etdi - VİDEO
Cahid Şahbazovun əməliyyat etdiyi qadının sol gözü iflic olub.
Publika.az xəbər verir ki, şikayətçi bununla bağlı videomüraciət edərək, ölkə başçısından kömək istəyib.
O müraciətində deyir:
“Sizdən çox xahiş edirəm ki, mənə kömək edəsiniz. Mənim artıq bir ildən çoxdur ki, “Kaspian Hospital”da işləyən göz həkimi Cahid Şahbazov tərəfindən aparılan yanlış göz müayinəsi, təyin olunan yanlış göz xəstəliyi diaqnozu və icra olunan savadsız əməliyyatın nəticəsində sol gözüm yararsız hala düşüb. Sol gözümdə görmə qabiliyyətinin itirilməsi, əzələ və sinirlərimin iflic olması səbəbindən bir ildən artıqdır ki, şiddətli ağrılardan əziyyət çəkirəm. Hüquq və mühafizə orqanlarının təyin etdiyi tibbi ekspertiza nəticəsində müəyyən olunmuşdur ki, əməliyyatdan öncə gözümdə Cahid Şahbazovun təyin etdiyi xəstəlik diaqnozu ilə bağlı heç bir problem olmayıb, gözüm tamamilə sağlam olub. Tibbi ekspertiza 3 dəfə bununla bağlı günah verib. Ancaq Səbail rayon Prokurorluğunda həkimə 3 dəfə günah verilməsi, həmçinin bir çox sübutların, faktların olmasına baxmayaraq, işim məhkəməyə təhvil verilmir.
Sizdən çox xahiş edirəm ki, işimin yekunlaşdırılması, tez bir zamanda məhkəməyə verilməsi üçün mənə kömək edəsiniz.
Mənim kimi yüzlərlə belə zərərçəkən adam var. Cahiz Şahbazov isə həmin xəstələrə ancaq bir cavab verir ki, siz mənə heç nə edə bilməzsiniz, çünki güclü vəkillərim var.
Mənə bu məsələdə yardımçı olmağınızı xahiş edirəm”.
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal22 Oktyabr 20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
































