Sosial
Azərbaycanlı ilə evlənən, muğamımızı dünyaya tanıdan amerikalı - VİDEO
O, ABŞ-da doğulub, amma ürəyi Azərbaycanla döyünür. Cefri Verbok yarım əsrdən çoxdur ki, Azərbaycan muğamına könül verib və onu dünyada tanıdır.
Publika.az xəbər verir ki, amerikalı musiqiçi AStar TV-yə Azərbaycan muğamına olan sevgisindən danışıb.
O, nəinki tarda, kamançada və qavalda ifa edir, həm də Azərbaycan dilində çox yaxşı danışır.
Cefri Verbok Azərbaycana ilk səfərini belə xatırlayır:
“1988-ci ildə Alim Qasımov, Ramiz Quliyev, Şəfiqə Eyvazova ABŞ-a konsert verməyə gəlmişdi. Orada Alim Qasımova məktub verərək Azərbaycana gəlmək istəyimi dedim. Məktubu Xalq şairi Nəbi Xəzriyə vermişdilər, o, məni Azərbaycana dəvət etdi. Zeynəb Xanlarova da ABŞ-a gələndə onunla birlikdə səhnə aldım. Mənim Azərbaycanda tanınmağımda Zeynəb xanımın rolu böyükdür. O, mənim ifamı çəkib AzTV-də yayımlatmışdı. Bakıya gələndə hər kəs mənimlə görüşürdü, mən isə təəccüb içində idim. Burada məşhur olmağımdan xəbərim belə yox idi”.
“İlk dəfə ölkənizə 1989-cu ildə gələndə Azərbaycan dilində heç danışa bilmirdim. Evimə qayıdanda fikirləşdim ki, bu dili məcburi olaraq öyrənməliyəm. O vaxtlar məktəb, müəllim, lüğət yox idi. Cənubi azərbaycanlı bir tanışım mənə dili öyrənməyə kömək etdi”, - Verbok bildirib.
Ətraflı videoda:
-
Magazin122:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO


































