Sosial
Azərbaycanda bu şəxslər bir gündə evlənə bilər, ancaq... - VİDEO
Azərbaycanda evlənmək üçün müəyyən sənədlər toplamaq və tibbi müayinələrdən keçmək lazım olur.
Lakin bu tələblərin insanın yaşına və ya evlənənlərin yaş fərqinə görə dəyişə bilməsi haqqında fərqli düşüncələr var. Məsələn, 50 yaşında birinin evlənməsi zamanı tələb olunan sənədlər və tibbi analizlər gənc insanların evlənmə prosesində tələb olunanlardan fərqli olub-olmaması müzakirə olunan məsələlərdəndir. Bəs Azərbaycanda hansı yaşda evlilik zamanı qan analizinə, əlavə sənədlərə ehtiyac olmur?
Publika.az xəbər verir ki, məsələ ilə bağlı Ədliyyə Nazirliyindənə cebheinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, evlənmək üçün yaş qrupundan asılı olmayaraq tələb olunan analizlərdə fərqlər yoxdur:
“Nikahın qeydə alınması üçün nikaha daxil olmaq istəyən şəxslərin yaşı və ya yaş fərqləri nəzərə alınmadan onların ərizələri, şəxsiyyətini təsdiq edən sənədlər, tibbi müayinədən keçmələrini təsdiq edən arayışlar və digər sənədlər (əvvəlki nikaha xitam verilməsi haqqında sənədlər, əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində qanuni olması barədə sənədlər, eləcə də ailə vəziyyəti barədə arayışlar və s.) tələb olunur”.
Bununla yanaşı, nikaha daxil olmaq istəyən şəxslərin hər ikisinin yaşının 50-dən yuxarı olması nikahın bağlanması müddətinin qısaldılması üçün əsasdır:
“Belə ki, Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 3.9-cu bəndinə əsasən nikaha daxil olmaq istəyən şəxslərin hər ikisinin yaşı 50-dən yuxarı olduqda nikah ərizə verilən gün qeydə alına bilər”.
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda
-
Region19 Sentyabr 22:24"Kaşif Kozinoğlu işi" böyüyür - Daha 4 nəfər həbs edildi
-
Magazin219 Sentyabr 20:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO
-
İdman19 Sentyabr 19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
-
MDB19 Sentyabr 19:12Sabiq nazir iki ay müddətinə həbs edildi

































.jpg)



