Sosial
Azərbaycanda güclü zəlzələ gözlənilir?
Müxtəlif yerlərdə ard-arda zəlzələlərin baş verməsi yerdaxili proseslərin, hərəkətlərin nəticəsidir.
Publika.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, dünən Dağıstan ərazisində baş verən zəlzələ çox dərində olduğu üçün Qusar, Xaçmaz, Xudat kimi geniş ərazilərdə 3-4 bala kimi hiss olunub.
“Zəlzələ ocağı dərinlikdə olduqda təkanların əhatə dairəsi böyük olur. Dərinlik az olduqda isə zəlzələnin əhatəsi kiçilir, silkələnmə isə güclənir. Zəlzələnin baş vermə səbəbi yeraltı proseslərlə bağlıdır, yeraltı təkanlar hər gün baş verir. Bunun yerüstü hadisələrlə heç bir əlaqəsi yoxdur. Günəş partlaması, planetlərin təsirinin isə zəlzələ ilə əlaqəsi ola bilər.
Hazırda isə Azərbaycanda dağıdıcı zəlzələ gözlənilmir”,- Q.Yetirmişli əlavə edib.
Qeyd edək ki, gecə yerli vaxtla saat 00:33-də Dağıstan Respublikası ərazisində 64 km dərinlikdə 5.4 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın bir sıra şəhər və rayonlarında hiss olunub.
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?

































