Sosial
Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək - VİDEO
Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması dövlətin əsas prioritetlərindəndir.
Azərbaycan dövləti bu kateqoriyadan olan vətəndaşların sosial rifahının yüksəldilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Bu istiqamətdə həyata keçirilən tədbirlər mütəmadi olaraq, mərhələli şəkildə davam etdirilir. Bu diqqət və qayğının nəticəsi olaraq, indiyədək xeyli sayda ailə yeni mənzillərlə təmin olunub.
Publika.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, qeyd edilən istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Gəncə şəhərində və Ağdaş rayonunda da bu kateqoriyaya aid olanlara yeni mənzillər veriləcək.
Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Gəncə şəhərində 16 ədəd birotaqlı, 16 ədəd ikiotaqlı və 8 ədəd üçotaqlı mənzilin, Ağdaş rayonunda isə 20 ədəd ikiotaqlı və 27 ədəd üçotaqlı mənzilin verilməsi ilə bağlı hazırlıqlara başlayıb.
Qurum həmin ailələrə verilməsi üçün sözügedən mənzillərin satınalınmasına isə 6,5 milyon manatdan çox vəsaitin sərf olunacağını proqnozlaşdırıb.
-
Sosial19:36"Naxçıvan Aqroservis"in sədri həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz



































