Sosial
Azərbaycan Dövlət Kamera Orkestrinin Üzeyir Hacıbəyli soraqlı konserti - FOTO

Sentyabrın 24-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin (bədii rəhbər və baş dirijor: Xalq artisti Fəxrəddin Kərimov, solist: Vüsalə Babayeva – piano) konserti keçirilib.
Publika.az xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində gerçəkləşən konsert bu il anadan olmasının 140 illiyi dövlət səviyyəsində qeyd edilən dahi bəstəkarın “Arşın mal alan” operettasından uvertüranın səsləndirilməsi ilə başlanıb.
Daha sonra orkestr Üzeyir bəyin “Arazbarı” zərbi muğamı, “Sevgili canan” romansı, həmçinin Tofiq Quliyevin “Qaytağı”, Vaqif Mustafazadənin “Mart”, Azər Rzayevin “Poema”, Alfred Şnitkenin “İntermezzo” (ilk ifa) və Viktor Herbertin “Serenada” əsərlərini ifa edib.
Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Gecədə səslənən bütün əsərlər Azərbaycan milli bəstəkarlıq məktəbinin banisi, görkəmli pedaqoq, publisist və dramaturq Üzeyir Hacıbəylinin mədəniyyətimizin inkişafında müstəsna xidmətləri qarşısında minnətdarlıq duyğusunun ifadəsi olub.

-
Magazin114:12
Məşhur azərbaycanlı müğənnini bir gün morqda saxladılar - VİDEO
-
Sosial12:46
İlqar Qasımovun qanunsuz tələbi sahibkarları narazı salıb: Monopoliya yaradılır?
-
İdman12:40
Ronaldonun Corcinası gözəlliyi ilə yenə göz qamaşdırdı - FOTOLAR
-
Magazin111:48
“TikTok”er Mahirəyə həbs CƏZASI: Tələbə qızları 200-500 manata...
-
Sosial11:10
Bu ərazidə yaşayanlara metro ilə bağlı ŞAD XƏBƏR
-
Sosial10:34
Adnan Əhmədzadənin bu ölkədə 67 milyonluq dəbdəbəli mənzili aşkarlandı - FOTO
-
Nida Xəbər 09:54
Leyla Əliyeva Nyu-Yorkdan FOTO paylaşdı
-
Region09:46
Ermənistana getmək istəyən rusiyalı blogeri Gürcüstana buraxmadılar