Sosial
İraqlı türkmən gəncin Qarabağ təəssüratları “Teba” qəzetində - FOTO

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsinin İraqdan gələn türkmən iştirakçısı Emir Demircinin "Qarabağda bir həftə" adlı məqaləsi İraqın "Teba" agentliyinin qəzetində dərc olunub.
Məqalədə müəllif işğaldan azad olunmuş torpaqlarımızda aparılan sürətli bərpa və yenidənqurma işlərindən, Xankəndidəki Qarabağ Universitetindən, eləcə də yerli sakinlərlə qurduğu səmimi dialoqlar və gördüyü mədəni-humanitar dəyişikliklərdən bəhs edib. Məqaləsində Xocalı faciəsi şahidlərinin ağrılı xatirələrinə yer verən müəllif, eyni zamanda, müharibədən sonrakı mərhələdə Azərbaycanın göstərdiyi humanizmə, barış çağırışlarına və vəhdət ruhuna xüsusi diqqət çəkib.
Qeyd edək ki, bu məqalə diaspor gənclərinin Qarabağa səfərlərinin və yay düşərgələrinin milli kimlik, vətən sevgisi və qlobal həmrəylik baxımından ciddi ictimai-siyasi və mənəvi əhəmiyyət daşıdığının sübutudur.


-
Sosial17:50
Əli Əsədov yeni qərarlar imzaladı
-
Dünya17:14
Rusiyanın davranışı Türkiyəni hərəkətə keçirdi: Bu ölkəyə görün nə göndərib
-
Magazin115:18
Emin Ağalarovun ABŞ-dakı evi - VİDEO
-
Magazin114:12
Məşhur azərbaycanlı müğənnini bir gün morqda saxladılar - VİDEO
-
Sosial12:46
İlqar Qasımovun qanunsuz tələbi sahibkarları narazı salıb: Monopoliya yaradılır?
-
İdman12:40
Ronaldonun Corcinası gözəlliyi ilə yenə göz qamaşdırdı - FOTOLAR
-
Magazin111:48
“TikTok”er Mahirəyə həbs CƏZASI: Tələbə qızları 200-500 manata...
-
Sosial11:10
Bu ərazidə yaşayanlara metro ilə bağlı ŞAD XƏBƏR