Sosial
Azərbaycan-Bolqarıstan mədəni əlaqələri ilə bağlı fikir mübadiləsi aparılıb

İspaniyanın Barselona şəhərində səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli UNESCO-nun Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf üzrə Dünya Konfransı çərçivəsində sentyabrın 29-da Bolqarıstanın mədəniyyət naziri Marian Başev ilə görüşüb.
Publika.az xəbər verir ki, Adil Kərimli son illərdə ölkəmizdə xarici kino istehsalçıları üçün yaradılan şərait və “Rebate” proqramı haqqında məlumat verib.
Görüşdə tərəflər kino istehsalı, qeyri-maddi mədəni irs, eləcə də sualtı arxeoloji irsin araşdırılması üzrə birgə ekspedisiyalar barədə fikir mübadiləsi aparıblar.
Eyni zamanda bu ilin noyabr ayında Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək UNESCO-nun növbəti Baş Konfransı çərçivəsində gündəlikdə duran məsələlər barədə müzakirələrin davam etdirilməsi qərara alınıb.


-
Nida Xəbər 18:24
İtaliya Prezidenti Bakıda belə qarşılandı - VİDEO
-
Sosial18:12
Nəzrinin ölümü ilə bağlı plastik cərrah Sənan Mehdiyevin MƏHKƏMƏSİ - Ekspert rəyi açıqlandı
-
Sosial17:55
Prezidentin yüksək rütbə verdiyi Anar İsmayılov kimdir? - FOTO
-
Sosial17:05
Milli Məclis bəyanat qəbul etdi - YENİLƏNDİ
-
Rəsmi xronika16:53
Prezident onlara yüksək rütbə verdi
-
Sosial16:40
Nazir qalmaqallı prorektoru işdən çıxardı
-
Sosial15:58
Cabir İmanov dəfn edildi
-
Dünya15:36
Sarışın qatillər: Kişilərdən daha amansızdırlar, bir qətl üçün...