Sosial
İsa Həbibbəylinin qızının 1 milyonu oğurlandı - ŞOK dələduzluq
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbbibəylinin qızı Günay Məsimovanın Almaniyada bank seyfində saxladığı bir milyon avrodan artıq nəqd pulu və qiymətli əşyaları fırıldaqla ələ keçirilib.
Publika.az xəbər verir ki, bu haqda “Gündəlik Naxçıvan” məlumat yayıb. Xəbərdə bildirilir ki, hadisədən sonra polis təhqiqata başlayaraq, bu pulların hansı yollarla Almaniyaya gətirilməsini araşdırır.
Günay Məsimovanın yaxınlarına verdiyi məlumata görə, bankdakı seyfində 790 min avro dəyərində dollar və brilliant, 330 min avro pul olub. Pullarını və qiymətli əşyalarını ələ keçirən isə, onun Almaniyada yaşayan tanışı F.M. olub. O, pulları götürüb aradan çıxa bilsə də, polis qiymətli əşyaların bir hissəsini tapıb və məsələ aydınlaşana kimi müsadirə edib. Pulun dəqiq məbləği ilə bağlı rəsmi məlumat yoxdur.
Pulun və qiymətli əşyaların mənbəyini öyrənmək üçün Nürnberqdə araşdırma başlanılsa da, Günay Məsimova ölkəni dərhal tərk etdiyindən işi başa çatdırmaq mümkün olmayıb.
Bəlli olub ki, G. Məsimova Almaniyada saxta evlilik vasitəsi ilə yaşama hüququ alıb. Bundan sonra o, dəyəri 1 milyon avro olan villa və mənzil alıb. Mənzil Berlin şəhərində Kohulfurter küçəsində yerləşir.
Oğurluq hadisəsi belə baş verib: G. Məsimova ötən ilin iyununda Bakıdan Almaniyaya gətirdiyi pullarını və qiymətli əşyalarını Nürnberqdə yaşayan tanışı F.M. vasitəsi ilə Sparkasse bankında seyfə qoymaq qərarına gəlib. Almaniyada bu cür seyflər qiymətli sənədlər və 10 min avro dəyərinə kimi qiymətli əşyalar üçün nəzərdə tutulsa da, bankın seyfləri açıb, yoxlamaq hüququ yoxdur.
Günayla görüşməzdən öncə F.M., bankın Fürth filialında dostlarından birinin adına seyf hesabı açıb. O daha bir seyf hesabı da Günay Məsimovanı adına açıb və kartını özünə verib. Banka gəldikdən sonra F.M. ona güvənən Günayı aldadaraq, pulları onun yox, dostunun seyfinə qoyub.
Yanvar ayında brilyant qaşlı qızıl saatlarından birini götürmək üçün banka gələn Məsimova seyfinin boş olduğunu görüb. Məlum olub ki, F.M. seyfdəkiləri götürərək pribaltika ölkələrindən birinə qaçıb. G. Məsimova isə pulların mənbəyi ilə bağlı araşdırma başladıldığını eşidən kimi Almaniyanı tərk edərək Bakıya gəlib.
Lakin, F.M-nin aldadaraq adına gizli hesab açdığı Almaniyada yaşayan dostunun atası Ələsgər Vəliyev bütün olanlarla bağlı polisə məlumat verib. Polis zinət əşyalarından bəzisini tapa bilsə də, pullarla bağlı dəqiq məlumat toplaya bilməyib. Bir ucu Azərbaycana gedib çıxan hadisə bununla bitməyib.
G. Məsimova polisə məlumat verən atadan qisas almaq üçün Bakıda “bandotdel“dən istifadə edib. İyun ayında istirahət üçün Bakıya gedən Ələsgər Vəliyevin həyat yoldaşı Amaliya Vəliyeva aeroportda saxlanılaraq idarəyə aparılıb. Daha sonra ondan tələb ediblər ki, 500 min manat dəyərində olan Heydər Əliyev prospektindəki evlərini G. Məsimovanın adına keçirsin. Bundan sonra onun Azərbaycandan çıxışına da qadağa qoyulub. Davamlı həbslə hədələnən Amaliya Vəliyeva sonunda evi Günayın adına keçirməklə razılaşmağa məcbur olub. Nəhayət, bundan sonra onun ay yarımlıq girovluğu başa çatıb və ölkədən çıxışına icazə verilib.
Qeyd edək ki, İ. Həbibbəylinin qızı Günay Mənsimova Xırdalan şəhər 2 saylı Notariat Kontorunun rəisi olub.
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...






















.jpg)













