Sosial
Azərbaycanın məşhur şirkətini ermənilərlə nə birləşdirir? - FOTOFAKT
Azərbaycanın məşhur “SAB” şirkətinə məxsus “İrəvan dovğası”nın üzərində Ağrı dağının şəkli və yazısı yerləşdirilib.
Publika.az-ın məlumatına görə, şirkətin bu addımı tarixi faktlarla ziddiyyət təşkil edir.
Tarixi reallıq onu göstərir ki, Ağrı dağı həmişə Türkiyəyə məxsus olub və hazırda da Türkiyənin şərqində, İran və Ermənistan sərhədinə yaxın ərazidə yerləşir.
.jpg)
Ermənilər dağın özlərinə aid olduğunu iddia etsələr də, son illərdə bu iddialardan əl çəkirlər. Bir ay öncə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, uşaqların 70%-i dağın Ermənistanda yerləşdiyini səhv bilir, hətta böyüklər arasında belə bu məlumatsızlıq geniş yayılıb. Sentyabr ayında isə keçmiş səfir Edmon Marukyan Ağrı dağının Ermənistanın dövlət gerbindən çıxarılması ehtimalını açıqlamışdı.
Ermənistan hökumətinin yaxın gələcəkdə dağın reklam və kommersiya məqsədilə istifadəsini qadağan etmək planları da gündəmdədir. Belə ki, Ağrı dağının fonunda evlərin reklam olunması qadağan olunacaq. Həmçinin hakimiyyət Türkiyəyə qarşı ərazi iddiası hesab edilən Ağrı dağının simvolunu sərhədçilərin ölkəyə giriş və ya çıxış zamanı vurduğu möhürdən də çıxarıb.

Belə bir vəziyyətdə SAB şirkətinin məhsulunda Ağrı dağı şəkilinin və adının yer alması tarixi faktlarla ziddiyyət təşkil etməklə yanaşı, ermənilərlə həmfikir olmaq, Türkiyəyə qarşı ərazi iddiası kimi fikir formalaşdırır.
Şirkətin məsul şəxslərinin tarixi faktlardan xəbərsiz olduğu və ya bunu qəsdən etdiyi barədə bir söz deyə bilmərik. Amma baş verən proseslər fonunda belə marketinq işi "erməni ilə həmrəylik"dən başqa bir şey deyil. Çünki Ağrı dağı ilə İrəvan arasında heç bir coğrafi və tarixi əlaqə yoxdur, ermənilərin cəfəng iddialarından savayı. Elə isə SAB "İrəvan" adlı məhsulunu Ağrı dağının fonunda reklam etməklə kimin dəyirmanına su tökür?
Akqabay
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...






















.jpg)













