Sosial
Bu müavinətlərin ümumi məbləği artırılır
2026-cı ildə Azərbaycanda hamiləlik və doğuma görə verilən müavinətlərin ümumi məbləği 71 milyon manat olacaq.
Publika.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, bu göstərici 2025-ci illə müqayisədə 9,2 % çoxdur.
Gələn il üzrə orta müavinət məbləğinin 3 676 manata qədər artacağı, müavinət alanların sayı isə 19 310 nəfər təşkil edəcəyi gözlənilir.
Artımın əsas səbəbi kimi minimum əməkhaqqı və sosial təminat məbləğlərinin yüksəlməsi, eləcə də işçi qadınların sosial sığorta haqları üzrə ödənişlərinin artması göstərilir.
Hesablama Palatası vurğulayıb ki, bu artım ailələrin sosial müdafiəsinin gücləndirilməsinə və uşaq doğumu ilə bağlı sosial ödənişlərin adekvatlığının artırılmasına xidmət edir.
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...
-
Nida Xəbər 10:33Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım - FOTO
-
Maraq dünyası09:54BÜRCLƏR üçün aprel ayının ən uğurlu və uğursuz günləri
-
Dünya09:36İrandan Hörmüzlə bağlı vacib açıqlama: 47 illik qonaqpərvərlik başa çatdı
-
Avropa07:47Milyarder bu universitetə 190 milyon funt-sterlinq ianə edəcək









.jpg)




.webp)




















