Sosial
Rusiya və Gürcüstanda 5, bizdə 10 faiz - Deputat bu verginin azaldılmasını təklif edir
Gələn ildən “Vergi Məcəlləsində” nəzərdə tutulan dəyişikliklərdən biri də fiziki şəxslərin kirayədən əldə etdikləri gəlirlərdən tutulan vergi dərəcəsinin azaldılmasıdır. Təklif olunan dəyişikliklərə əsasən, 2026-cı ildən etibarən evlərini rəsmi müqavilə ilə kirayə verənlər 14 faiz deyil, 10 faiz vergi ödəyəcəklər.
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.
Deputat bildirib ki, kirayə vergisinin azaldılması müsbət haldır, lakin kirayə müqavilələrinin rəsmilləşdirilməsinin genişləndirilməsi üçün vergi dərəcələrinin daha çox endirilməsinə ehtiyac var:
"Aparılan müşahidələr göstərir ki, bu mənbədən büdəcəyə ödəmələr yüksək deyil. Bunun əsas səbəblərindən biri də məhz vergi dərəcəsinin yüksək olması ilə bağlı idi. Bu baxımdan, kirayə vergisinin daha çox azaldılması bu sahənin daha çox ağarmasına və büdcə daxilolmalarının artmasına səbəb ola bilər. Müqayisə üçün qeyd edək ki, Moskva şəhərində fiziki şəxslər kirayədən əldə etdiyi gəlirdən cəmi 4 faiz vergi ödəyirlər. Hüququ şəxslər üçün isə vergi dərəcəsi 6 faizdir. Əgər 14 milyon sakini olan Moskva şəhərində vergi dərəcəsi 4 faizdirsə, deməli Bakıda 10 faizlik dərəcə kifayət qədər yüksək hesab edilə bilər. Qonşu Gürcüstanda kirayə vergisi 5 faizdir. Avstriyada aylıq kirayə gəliri 1500 avrodan az olduğu halda 5.76 faiz vergi tətbiq olunur.
Kirayə vergisi dərəcəsinin azaldılması təqdir olunsa da, daha aşağı dərəcələrinin tətbiqi məqsədəuyğundur. Bu baxımdan, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında təqdim etdiyim təkliflərdən biri də kirayə vergisinin14 faizdən 5 faizə endirilməsi ilə bağlı idi. Belə dəyişiklik fiskal gəlirlərimizə neqativ təsir göstərməz, əksinə sözügedən mənbənin daha da rəsmilləşməsi dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına səbəb olardı".
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...
-
Nida Xəbər 10:33Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım - FOTO
-
Maraq dünyası09:54BÜRCLƏR üçün aprel ayının ən uğurlu və uğursuz günləri
-
Dünya09:36İrandan Hörmüzlə bağlı vacib açıqlama: 47 illik qonaqpərvərlik başa çatdı
-
Avropa07:47Milyarder bu universitetə 190 milyon funt-sterlinq ianə edəcək









.jpg)




.webp)




















