Sosial
Sürücülük vəsiqəsi almaq istəyənlərin NƏZƏRİNƏ - Bundan sonra...
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Sumqayıt Regional Qeydiyyat-imtahan şöbəsinin təcrübə imtahanının ( el arasında "yezda" imtahanı deyilir - red) qəbulundakı yenilikləri açıqlayıb.
Publika.az xəbər verir ki, idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə açıqlamasında bildirib ki, Baş Dövlət Yol Polisi İdarəsinin Sumqayıt Regional Qeydiyyat-imtahan şöbəsinin təcrübi imtahanın qəbulu üçün xüsusi bağlı meydança yaradılıb:
"Meydançadakı avtomobillərdən sürücülük vəsiqəsi almaq üçün imtahandan keçmiş şəxslər istifadə edirlər. Meydançada əyani imtahan verən şəxslərin bilik və bacaracaqlarını bundan sonra imtahan götürən müəllimlər deyil, xüsusi texniki vasitələr qiymətləndirəcək. Meydançada quraşdırılan xüsusi detektor əyani imtahan verən şəxsin bilik və bacaracağını avtomatik yoxlayacaq və qiymət verəcək. Yəni imtahanlar müasir texniki vasitələrin köməyi ilə qəbul olunur. Artıq təcrübə imtahanları şöbənin əməkdaşları tərəfindən deyil, xüsusi texniki vasitələrin köməyi ilə qiymətləndiriləcək. Bu prosesi və detektorun qiymətini imtahan verən sürücülüyə namizəd özü də xüsusi quraşdırılmış monitor vasitəsilə görəcək. Digər bir yenilik isə ondan ibarətdir ki, orada yaradılan şəraitə uyğun olaraq, eyni vaxtda bir neçə avtomobillə təcrübi imtahan vermək mümkündür. Yəni eyni anda həm yük maşını, həm minik avtomobili, həm avtobus, həm də motosiklla imtahan vermək mümkündür".
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı























.jpg)













