Sosial
Bakıda ucuz evlər satışa çıxarılır - Bunları mütləq bilməlisiniz
Bakıda və ətraf qəsəbələrdə maklerlərin tikib satışa çıxardığı bəzi fərdi evlərin keyfiyyətsiz olması ilə bağlı şikayətlər yenidən gündəmə gəlib. Bildirilir ki, tikinti normalarına əməl olunmadan inşa edilən bu evlər vətəndaşların təhlükəsizliyi üçün ciddi risk yaradır.
Bu cür halların qarşısını qanunvericiliklə almaq mümkündürmü? Keyfiyyətsiz ev tikərək satışa çıxaran dəllallar və maklerlər hansı hallarda məsuliyyətə cəlb oluna bilər? Hüquq bu istiqamətdə hansı imkanları tanıyır?
Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı sözügedən sahə üzrə fəaliyyət göstərən şəxslərin əksəriyyətinin sahibkar kimi qeydiyyata alınması və uçota götürülməsi istiqamətində müəyyən addımlar atıldığını deyib:
“Amma bu sahədə nəzarətin digər istiqamətləri üzrə ciddi və sistemli tədbirlər həyata keçirilməyib. Hər hansı xoşagəlməz hadisə baş verməyənədək evlərin keyfiyyəti, tikinti norma və standartlarına uyğunluğu məsələsi praktik olaraq diqqətdən kənarda qalır. Fərdi yaşayış evləri qanunvericiliyə görə icazə tələb olunmayan tikililər qrupuna daxildir. Bu işlər məlumatlandırma icraatı qaydasında həyata keçirilir və onlar üçün nə tamhüquqlu layihə sənədləri, nə də konstruktiv elementlərə dair işçi layihələr tələb olunur”.
Ekspert bildirib ki, ev iki və ya üç mərtəbəli olanda, yaxud beton kolonlardan istifadə ediləndə müəyyən tələblər var:
“Bu zaman kolonlar arasındakı məsafənin altı metrdən artıq olmaması nəzərdə tutulur. Lakin satışa çıxarılan evlərin əksəriyyətində bu tələblərə əməl edilmir. Əksər hallarda tikintidə nə kolonlardan, nə də beton aşırımlardan istifadə olunur. Evlər əsasən mişar daşından, ucuz və keyfiyyətsiz tikinti materialları hesabına inşa edilir. Bu zaman tikinti norma və standartlarının kobud şəkildə pozulması halları ilə də rastlaşırıq. Nəticədə belə evlərin qiyməti analoji obyektlərlə müqayisədə xeyli aşağı olur”.
R.Osmanlı qeyd edib ki, bu tip tikililər üzərində effektiv dövlət nəzarət mexanizmi mövcud deyil:
“Əgər vətəndaş sonradan aldadıldığını aşkar edərsə, o, hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Ancaq belə hallarda məsuliyyətə cəlbetmə üçün mütləq yazılı və əsaslandırılmış sübutlar tələb olunur. Sadəcə şifahi iddialar, “mənə belə deyilmişdi” tipli ifadələr hüquqi nəticə doğurmur. Problem odur ki, bu evlərin bir qismi faktiki olaraq sənədsiz şəkildə alınıb-satılır və sonrakı mərhələdə aldatma faktını sübut etməyi xeyli çətinləşdirir. Nəticədə vətəndaşın hüquqlarını qorumaq üçün real mexanizmlər ya işə düşmür, ya da yetərsiz qalır”.
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir













.jpg)








.jpg)













