Sosial
Bayram günlərində işləyənlərə əlavə maaş ödəniləcək? - VİDEO
Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə bağlı qeyri-iş günləri yaxınlaşır. Bu günlər çərşənbə, cümə axşamı və cümə günlərinə təsadüf etdiyindən ölkədə 5 gün ardıcıl qeyri-iş günü olacaq. Lakin müəyyən sahələr var ki, orada çalışan əməkdaşlar ənənəvi olaraq bayram günlərini də iş başında keçirirlər.
Bəs onların qeyri-iş günlərində çalışmaları qanunvericiliklə necə tənzimlənir?
Publika.az xəbər verir ki, hüquq müdafiəçisi Sahib Məmmədov bu mövzuya aydınlıq gətirib.
Onun sözlərinə görə, bəzi sahələrdə həftənin bütün günləri iş günü hesab olunur: "Nəqliyyat, enerji sektoru və digər fasiləsiz fəaliyyət göstərən sahələrdə çalışanlar üçün bayram və istirahət günlərində növbəli iş rejimi tətbiq edilir".
Ekspert bildirib ki, 5 və ya 6 günlük iş qrafiki ilə çalışan şəxslər bayram günlərində işə cəlb olunduqda onların əməyinə xüsusi qaydada ödəniş edilməlidir: "Belə hallarda işçiyə bayram günlərində işə cəlb olunmasına görə 1 günlük əməkhaqqının 2 misli ödənməlidir".
Əmək Məcəlləsinə görə, bayram günləri işləyən işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər. Müəyyən kateqoriyadan olan işçilərin bayram günlərində işə cəlb olunması isə müəyyən şərtlər əsasında mümkündür. Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınların bayram günlərində işə cəlb edilməsinə yalnız onların yazılı razılığı ilə yol verilir. Yaşı 18-dən az olan işçilərin bayram günlərində işə cəlb edilməsi, ümumiyyətlə, qadağandır.
Daha ətraflı Baku TV-nin süjetində:
-
Hadisə11:29Bakıda marşrut avtobusu ağır qəzaya düşdü: Ölənlər və yaralananlar var - VİDEO
-
Sosial10:30Bayram günlərində işləyənlərə əlavə maaş ödəniləcək? - VİDEO
-
Dünya10:18Generallar təyyarə qəzasında öldü: Liviyada nə gözlənilir, Haftar hücuma keçəcək?
-
İdman09:30Gürcüstanda ara qarışdı: Kvaratsxeliyaya görə
-
Dünya08:49Kim Çen İnin gizli sualtı silahları...
-
Ekopublika.az08:10Azərbaycanda minimum maaş iki dəfədən çox arta bilər - Tarix verildi
-
Magazin207:35Xalq artisti gənc nişanlısı ilə evlənmək üçün Putindən icazə alacaq
-
Magazin203:44"Friends" serialının aktyoru vəfat etdi



























