Nida Xəbər
Bu qanuna dəyişiklik olunur
“Büdcə sistemi haqqında” Qanuna dəyişiklik olunur.
Publika.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, qanunla müəyyən olunmuş müddətlərdə dövlət büdcəsinin və icmal büdcənin göstəricilərinin tərtibi üçün zəruri olan məlumatların büdcə təşkilatları tərəfindən müvafiq dövlət orqanına təqdim edilməsi, eləcə də dövlət büdcəsi göstəricilərinin, gəlir və xərclər bölgüsünün və digər məlumatların həmin orqan tərəfindən büdcə təşkilatlarına təqdim edilməsi “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi vasitəsilə həyata keçiriləcək. Büdcə prosesi çərçivəsində sənəd dövriyyəsinin elektonlaşdırılması bu sahədə inzibatçılığın azaldılmasına, müvafiq dövlət orqanının iş yükünün optimallaşmasına, büdcənin tərtibi və icrası prosesinin çevikliyinin artırılmasına xidmət edəcək.
“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi mühasibat uçotu (o cümlədən dövlət maliyyə və qeyri-maliyyə aktivlərinin uçotu) sahəsindəki fəaliyyəti də əhatə etdiyindən “Mühasibat uçotu haqqında” qanuna müvafiq dəyişiklik təklif olunur və “e-mühasibat” informasiya sistemi ifadəsi “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi” ifadəsi ilə əvəz olunur.
Hazırda “e-mühasibat” informasiya sistemində mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatlarının yerləşdirilməsi nəzərdə tutulursa, təklif olunan qanun layihəsinə əsasən informasiya sisteminin funksionallığı artırılaraq mühasibat uçotunun aparılmasının, həmçinin maliyyə hesabatlarının (birləşdirilmiş maliyyə hesabatlarının) tərtib və təqdim edilməsinin “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin özündə həyata keçirilməsi təmin ediləcək.
-
Magazin114:54Alim Qasımovdan nəvəsinin toyda dediklərinə - REAKSİYA
-
Elm və təhsil13:26Tələbə kreditləri üçün müraciət tarixi açıqlandı
-
Nida Xəbər 12:44“Eyyubovlar işi” haqda mühüm xəbər: Yeni həbslər var - ADLAR
-
Nida Xəbər 12:14Bu qanuna dəyişiklik olunur
-
ABŞ11:58Ukrayna daha çox ərazi itirə bilər - Tramp
-
Magazin110:18Niyaməddin Musayevin qızı polkovnik imiş: Uzun müddət...
-
Dünya09:12Sülhə doğru addım: Putin və Uitkoff bu məsələdə razılaşıblar
-
MDB08:48Rusiyanın şəhəri "qara qar"la örtüldü - VİDEO







.jpg)












.jpg)













