Sosial
Bu qohumların evliliyinə icazə var - RƏSMİ
Artıq 6 aydır ki, Azərbaycanda qohum evlilikləri (əmi, dayı, xala uşaqları arasında) qadağan edilib. Bu qadağanın əsas səbəbi həm etik-mənəvi normalar, həm də genetik risklərin yüksək olmasıdır.
Bəs eyni baba, nənənin övladları - əmi, xala, dayı, bibi nəvələri arasında evliliklər necə?
Məsələ burasındadır ki, qohum evliliklərinə marağı bitib-tükənməyən insanlarımızda indi də 3-cü dərəcəli qohumlarla izdivaca maraq yaranıb. “Özümünküdür”, “Mal-mülk özgəyə getməsin” narahatlığıyla bacıqızı, qardaş qızından əldən çıxan valideynlər artıq onların övladlarına üz tutublar.
Publika.az xəbər verir ki, məhz bu məsələ cəmiyyətdə hələ də müzakirə mövzusudur.
Qanunda göstərilir ki, “baba və nənə eynidirsə” qadağan olunur, əmiuşaqlarının babası eyni olduğu kimi əminəvələrində də eyni vəziyyətdir, sadəcə “bir köynək aralı” olmaqla genetik təhlükə riski azalırmı?
Tibb mütəxəssisləri bildirilər ki, əmi-xala nəvələri – eyni babanı paylaşsalar da, artıq bir nəsil məsafə var. Amma genetik baxımdan risk daşıyır, yəni, əmi nəvələri arasında bu risk azalır, çünki ortaq genlərin payı daha aşağıdır. Lakin tam təhlükəsiz sayılmır, xüsusilə ailədə əvvəldən irsi xəstəliklər varsa risk qalmaqdadır.
Məsələ ilə əlaqədar Ədliyyə Nazirliyindən Bizim.media-nın sorğusuna cavab olaraq bildirilib ki, 2024-cü il 28 iyunda Ailə Məcəlləsinə dəyişiklik edilərək qardaşların və bacıların ümumi bioloji baba və nənəsi olan uşaqları, habelə bioloji qohumluğu olan əmi (dayı) və bibi (xala) və qardaş (bacı) övladları arasında nikahın bağlanmasına yol verilməməsinə dair müddəalar əlavə edilib. Siyahıda göstərilən şəxslərdən başqa digər qohumların nikaha daxil olması üçün qadağa müəyyən edilməyib.
-
Ekopublika.az30 Mart 22:32Toy etmək daha baha başa gələcək? - Restoran sahiblərindən qiymətlərlə bağlı açıqlama
-
İdman30 Mart 19:00Bu göstəricidə Messinin öldürücü üstünlüyü: Ronaldo 4-cüdür
-
Region30 Mart 18:36İrandan Türkiyəyə daha bir raket hücumu
-
İdman30 Mart 15:43Ulduz futbolçunun kosta-rikalı gözəli - FOTOLAR
-
Yaxın Şərq30 Mart 15:10"Onlar yalvarırlar": İranın rəqibləri Tehrandan görün nə tələb edir
-
Sosial30 Mart 14:00Rasim Balayevin maraqlı videosu yayıldı: “Dədə Qorqud”da şirlə çəkildiyi səhnə…
-
Sosial30 Mart 13:34Rasim Balayevlə vida mərasimi başa çatdı - Fotolar/Yeniləndi
-
ABŞ30 Mart 10:24Trampdan Müctəba Xamenei açıqlaması: Ya öldürülüb, ya da...




































