İdman
Ulduz futbolçunun kosta-rikalı gözəli - FOTOLAR
"Yuventus"un kapitanı Manuel Lokatelli son zamanların tez-tez tənqid edilən futbolçularından biridir. Bununla belə, o, cari mövsümdə yalnız 3 oyunu buraxıb. Çünki Luçano Spallettinin komandasını Lokatelli olmadan təsəvvür etmək çətindir.
Publika.az xəbər verir ki, italyan futbolçunun şəxsi həyatı da uğurludur. O, sentyabrda ikinci dəfə ata olub. Tessa Lakoviç adlı xanımla evlidir. Kosta-Rikadan olan gözəl 22 mart 1998-ci il təvəllüdlüdür. Tessa Manueldən cəmi üç ay kiçikdir.

Lakoviç uşaqlığını və gənclik illərini vətənində keçirib. Məktəbi bitirdikdən sonra Tessa ailəsi ilə birlikdə Milan şəhərinə köçüb və Müqəddəs Qəlb Katolik Universitetinə daxil olub, burada reklam və marketinq ixtisasını öyrənib.
Lokatelli "Milan"ın yetirməsidir və 2019-cu ilə qədər “qırmızı-qaralar”da çıxış edib. Tessa və Manuel məhz moda paytaxtında tanış olublar. Onlar 2017-ci ildə, futbolçunun əsas komandadakı ilk mövsümündə tanış olublar.

21 iyun 2022-ci ildə cütlük evlənib. Mərasimdə Corcio Kyellini, Leonardo Bonuççi, Mattia Perin, Matteo Pessina, Federiko Peluso və Patrik Kutrone kimi futbolçular iştirak edib.
2023-cü ildə cütlüyün ilk övladları Тео dünyaya gəlib.2 il sonra isə ikinci oğulları - Eduardo doğulub.






-
Rəsmi xronika13:54Milli Məclis Prezidentlə xanımına təbrik məktubu ünvanladı
-
Sosial13:17Talıbovlar ailəsinə 2259 manat sosial ödəniş edilir - VİDEO
-
Müsahibə12:40Xaricdə 14 universitetdən qəbul alan gənc: "Əlçatmaz deyil"
-
Dünya12:00Milyarderlər gizlicə narkotik qəbul edirlər: İndi bunu cəmiyyətə yayırlar
-
Nida Xəbər 11:22Milli Məclisin iclası başladı
-
Dünya11:18Putin şəxsən xahiş edib: Bu mesajı Trampa çatdırın
-
Region11:15Saakaşvili həbsxanada tanınmaz hala düşdü: Yeni imici diqqət çəkdi - FOTO
-
Dünya10:00İranla danışıqlar səhv və fəlakətdir - ABŞ-dan etiraf gəldi






































