Sosial
FHN əhaliyə müraciət etdi
Yel çərşənbəsi ilə əlaqədar yanğın təhlükəsizliyinə dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib.
Nazirlikdən Publika.az-a verilən xəbərə görə, bu gün xalqımız milli-mənəvi dəyərlərimizi özündə yaşadan Novruzun gəlişi ilə əlaqədar Yel çərşənbəsini qeyd edir:
"Təəssüflə qeyd edilməlidir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən dəfələrlə edilən müraciətlərə baxmayaraq, bir sıra hallarda Novruz mərasimlərində yanğın təhlükəsizliyi qaydalarının pozulmasına rast gəlinir ki, bu da sonda acı nəticələrə gətirib çıxarır.
Belə ki, ötən çərşənbə axşamı tonqalla bağlı Nazirliyin yanğından mühafizə bölmələri tərəfindən ümumilikdə 10 yanğın hadisəsinə çıxış qeydə alınıb.
Göstərilənlərlə bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır:
- bayram tonqalı tikili, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı;
- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;
- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;
- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;
- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.
Yadda saxlayın: pirotexniki vasitələrdən istifadə qadağandır!
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!".
-
MDB12:40Rusiya iqtisadiyyatı problemlə üz-üzə - Böhran qaçılmazdır
-
Köşə12:34Açın pərdələri, o gəlir - 153-cü bahar...
-
İdman12:28Futbolda dəhşət: Rəqibinin ayağını sındırdı, kütləvi dava düşdü - FOTO/VİDEO
-
Nida Xəbər 12:10Bu quruma xidməti maşınlar verildi - Baş nazirin qərarı ilə...
-
Dünya11:19Netanyahudan günlərdir xəbər yoxdur - Ölüb?
-
İdman10:30Türk dövlətinin bu klubu baş məşqçisini Qurban Qurbanovun yanına göndərdi: Get öyrən - FOTOLAR
-
Dünya10:12İsrail bu FOTONU paylaşıb elan etdi: Növbədə odur, tezliklə öldürəcəyik
-
Yaxın Şərq09:54İran ABŞ-ın bu ölkədəki bazasını vurdu: Yanır







.jpg)





























