Sosial
Azərbaycanlı gənc Londonda fəxri mükafata layiq görüldü - Foto/Video
Azərbaycanlı gənc lider Almaz Babayeva Londonda keçirilən “İstədiyimiz Gələcək” (Future We Want) Model Birləşmiş Millətlər Təşkilatı (MUN) konfransında iştirak edib və göstərdiyi yüksək fəallığa görə Fəxri Ad (Honorable Mention) sertifikatı ilə təltif olunub.
Publika.az xəbər verir ki, 5-8 mart 2026-cı il tarixlərində keçirilən tədbir gəncləri BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (SDG) və qlobal problemlərin həllinə cəlb etməyi hədəfləyir.
Konfransda Baş Assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura və UNHCR/UNEA komitələri fəaliyyət göstərib.
Almaz Babayeva konfrans zamanı diplomatik müzakirələrdə aktiv iştirak edib, layihələrdə uğurlu çıxışlar göstərib və beynəlxalq səviyyədə tanınan bu mükafatı qazanıb. Sertifikat onun gənclərin SDG-lərə cəlb olunması və qlobal əməkdaşlıq sahəsindəki xidmətlərinə görə verilib.
Bu mükafat, həmçinin onun konfrans zamanı nümayiş etdirdiyi yüksək hazırlıq, natiqlik qabiliyyəti və danışıqlar aparmaq bacarığının göstəricisidir.
Belə BMT Model konfranslarında iştirakçılar müxtəlif ölkələri təmsil edir, diplomatik debatlar aparır, qlobal problemləri müzakirə edir və qərar layihələri hazırlayırlar.
Bu uğur Almaz Babayevanın beynəlxalq diplomatiya və liderlik sahəsindəki potensialını təsdiqləyir.





-
Magazin120:36Röya illər sonra keçmiş həyat yoldaşı ilə - VİDEO
-
İdman20:24“Sabah” - “Neftçi” matçında dava düşdü - VİDEO
-
MDB19:24İş adamı Ermitajda taxt-tacı ələ keçirdi, polisi bıçaqla hədələdi - VİDEO
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi




































.jpg)


