Sosial
"WhatsApp" uşaqlarla bağlı belə qərar verdi
"WhatsApp" messenceri kiçik yaşlı uşaqlar üçün valideynlər tərəfindən idarə olunan xüsusi hesabları tətbiq etməyə başlayıb.
Publika.az "GSMArena" portal məlumat yayıb.
Yeni funksiya xidmətdən istifadəni yalnız mesajlaşma və zənglərlə məhdudlaşdırmağa imkan verir. Valideynlər uşağın hesabı üzərində tam nəzarətə sahib olacaq, o cümlədən onunla kimin əlaqə saxlaya biləcəyini və hansı qruplara daxil ola biləcəyini müəyyən edəcəklər.
Həmçinin tanımadığı kontaktlardan gələn mesaj sorğularına baxmaq və məxfilik parametrlərini idarə etmək imkanı da nəzərdə tutulub; idarəetməyə giriş isə altı rəqəmli valideyn PİN-kodu ilə qorunur.
Funksiya bütün dünyada mərhələli şəkildə yayıldığı üçün ona giriş tədricən aktivləşə bilər. Aktivləşdirmə üçün uşağın cihazına "WhatsApp" quraşdırmaq, qeydiyyat zamanı "Valideyn tərəfindən idarə olunan hesab yarat" bəndini seçmək, telefon nömrəsini və doğum tarixini təsdiqlədikdən sonra uşağın profilini QR-kod vasitəsilə öz hesabınıza bağlayaraq PİN-kod təyin etmək lazımdır.
Xatırladaq ki, "WhatsApp" mətn mesajları mübadiləsi, səsli və video zənglər etməyə, həmçinin faylları ötürməyə imkan verən beynəlxalq messencerdir.
Hüseyn İbadlı
-
Nida Xəbər 15:49Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəldi
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO
-
Hadisə15:00“Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi vəzifəsindən azad olundu
-
Əmlak14:532030-cu ilədək 3 milyard insanın mənzilə ehtiyacı olacaq
-
Ekologiya14:09Sabahın hava proqnozu açıqlandı
-
Nida Xəbər 13:40Serbiya Prezidenti Azərbaycana səfərə gəldi
-
MDB13:11Dronlar Moskvanın kabusuna çevrildi - Xeyli sayda ölən var
-
Əmlak12:44Rossbax: Kirayə ödəyə bilməyən və ya küçələrdə yaşayan insanlar var
































.jpg)


