Sosial
Əvvəl 13 min idi, indi isə... - Avtomobillər bahalaşır
Sumqayıt avtomobil bazarında son günlər durğunluq müşahidə olunur. Əvvəllər adam əlindən tərpənmək mümkün olmayan bazarda hazırda sakitlik hökm sürür.
Publika.az xəbər verir ki, satıcıların sözlərinə görə, bunun əsas səbəblərindən biri avtomobillərin qiymətlərinin bahalaşmasıdır.
Satıcılar bildirirlər ki, əvvəllər 13 min manata satılan avtomobillər indi təxminən 15 min manata təklif olunur:
“Qiymətlər ümumilikdə 2000–3000 manat bahalaşıb”.
Oxşar vəziyyət Tovuzda da müşahidə edilir. Qiymətlərin yüksək olması səbəbindən alıcılar demək olar ki, bazara gəlmirlər.
Məsələ ilə bağlı avtomobil satışı üzrə mütəxəssis Sərxan Qədirov bildirib ki, ikinci əl bazarında hazırda durğunluq olsa da, yaz aylarına doğru canlanma gözlənilir.
Onun sözlərinə görə, əvvəlki dövrlə müqayisədə bəzi modellərə tələb artsa da, yanvar ayından sonra Çin istehsalı avtomobillərə maraq azalıb.
Ekspert əlavə edib ki, yaxın aylarda avtomobil qiymətlərində artım ehtimalı da var. Bahalaşma yalnız ikinci əl avtomobillərdə deyil, yeni modellərdə də özünü göstərə bilər.(milli.az)
-
Qoroskop00:45Günün qoroskopu: Həyat sizdən ciddi addımlar gözləyir...
-
ABŞ13 Aprel 19:10Tramp İrana qarşı blokadanın qüvvəyə mindiyini elan etdi - Yaxınlaşsalar, dərhal məhv edəcəyik!
-
Ekologiya13 Aprel 18:50Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
-
Hadisə13 Aprel 18:10Böyük Mərdəkan qəsri çökdü - Foto
-
Sosial13 Aprel 17:29Xalq artisti vəfat etdi
-
Dünya13 Aprel 17:27Hörmüz böhranında yeni mərhələ: Neftin qiyməti 150 dollara çatacaq
-
Sosial13 Aprel 16:38Mehman Nəsibov yüksək vəzifəyə təyin edildi - FOTO
-
Sosial13 Aprel 15:03Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi - FOTO











.jpg)


















