Sosial
Əlli min müəllim ixtisar oluna bilər - HƏYƏCAN SİQNALI
“Son bir neçə il ərzində Azərbaycanda əhalinin artım tempində azalma müşahidə olunur”.
Publika.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov martın 13-də parlamentdə hökumətin 2025-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.
O xatırladıb ki, 2015-ci ildə Azərbaycanda 160 mindən çox uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 100 minin altında oldu: “2015-ci ildə Azərbaycanın məktəblərində 1,5 milyondan çox uşaq təhsil alırdı. Bu isə o deməkdir ki, növbəti dövrlərdə məktəblərimizdə oxuyanların sayı əhəmiyyətli dərəcədə azalacaq və bu vəziyyət 50 minə yaxın müəllimin ixtisarı riskini yarada bilər”.
Ə.Əhmədov vurğulayıb ki, bir neçə onillikdən sonra isə pensiya alan əhali ilə əmək qabiliyyətində olan əhali arasında nisbət ciddi şəkildə dəyişə bilər:
“Bu isə iqtisadiyyatımıza və sosial siyasətimizə ciddi təsir göstərə bilər. Güman edirəm ki, 2026-cı ildə və sonrakı illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi və hökumət demoqrafik məsələlərə diqqəti daha da artıracaq”.(“Yeni Sabah”)
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO
-
Hadisə15:00“Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi vəzifəsindən azad olundu
-
Əmlak14:532030-cu ilədək 3 milyard insanın mənzilə ehtiyacı olacaq
-
Ekologiya14:09Sabahın hava proqnozu açıqlandı
-
Nida Xəbər 13:40Serbiya Prezidenti Azərbaycana səfərə gəldi
-
MDB13:11Dronlar Moskvanın kabusuna çevrildi - Xeyli sayda ölən var
-
Əmlak12:44Rossbax: Kirayə ödəyə bilməyən və ya küçələrdə yaşayan insanlar var
-
İdman11:50Məşhur güləşçi istirahətdən elə fotolar paylaşdı ki... - FOTO

































.jpg)


