Sosial
Bakı Bulvarındakı Zeytun Festivalı başa çatdı
Dənizkənarı Milli Parkda üç gün davam edən Zeytun Festivalı oktyabrın 25-də başa çatıb. Festivalın son günü də yerli məhsulların təqdimatı, musiqi və əyləncə proqramı ilə yadda qalıb.
Publika.az xəbər verir ki, zeytun yığımı mövsümünə təsadüf edən tədbirdə müxtəlif istehsalçıların zeytun və zeytun məhsulları nümayiş olunub. Bulvarda qurulan pavilyonlarda ziyarətçilər məhsulların çeşidləri ilə tanış olmaq, istehsalçılarla birbaşa ünsiyyət qurmaq və alış-veriş etmək imkanı əldə ediblər.
Festivalın əsas məqsədi Azərbaycanın zeytunçuluq ənənələrini təbliğ etmək, yerli istehsalçıları tanıtmaq və dəstəkləmək, eləcə də bu sahədə milli brendin formalaşmasına töhfə vermək olub.
Üç gün ərzində festivalın musiqi və əyləncə proqramı da ziyarətçilərin marağına səbəb olub.
Festivalın axşam konsertində Azad Şabanov və Zamiq Hüseynov sevilən mahnılarını ifa ediblər. Xalq artisti Aygün Kazımovanın çıxışı isə festivalın musiqi proqramına yekun vurub.
Yağışlı havaya baxmayaraq, şəhər sakinləri və paytaxtın qonaqları festivalın son günündə də əraziyə gəlməkdə davam ediblər. Ziyarətçilər konsertləri izləyib, musiqinin sədaları altında rəqs edib, ailələri və dostları ilə birlikdə vaxt keçiriblər.
Qeyd edək ki, Zeytun Festivalı Dövlət Turizm Agentliyi və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi, “Absheron Olive Gardens” və “Olivea” zeytun məhsullarının sponsorluğu ilə təşkil olunub.
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefa göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Digər25 Oktyabr 16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa25 Oktyabr 16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası25 Oktyabr 15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto














.jpg)







_(1).jpg)












