Sosial
Mədəniyyət Nazirliyində BMT Alyansının rəhbərliyi ilə görüş keçirildi
Oktyabrın 26-da Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ölkəmizdə səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Anxel Moratinos və qurumun direktoru xanım Nihal Saad ilə görüşüb.
Publika.az xəbər verir ki, qonaqları salamlayan nazir oktyabrın 27–29-da Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması” kimi aktual mövzuya həsr olunduğunu bildirib.
Qeyd edib ki, builki Forum qlobal platformanın 2011-ci ildə keçirilmiş ilk toplantısının 15 illiyinə təsadüf etməsi ilə də əlamətdardır.
Adil Kərimli Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq miqyasda dialoq məkanı kimi tanındığını və ölkəmizin bu prosesə hər zaman sadiq qaldığını diqqətə çatdırıb.
Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos və qurumun direktoru Nihal Saad görüşə görə təşəkkür ediblər. Qonaqlar Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən mədəniyyətlərarası dialoq platforması olan “Bakı Prosesi”nin əhəmiyyətinin ildən-ilə artdığını bildiriblər. Ali nümayəndə qurumun
Azərbaycanla əməkdaşlığından məmnunluğunu ifadə edib.
Görüşdə beynəlxalq düzənin bərpasında mədəniyyət diplomatiyasının rolu qeyd olunub və bu sahədə əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar







































