Sosial
Müəllim direktoru canlı yayımda biabır etdi - VİDEO
Gəncə şəhər 7 nömrəli məktəbdə müddətli müqavilə əsasında çalışan müəllim Günay Məmmədova rəhbərlik tərəfindən ona qarşı qərəzli addımlar atıldığını iddia edir.
Publika.az Modern.az-a istinadla xəbər verir ki, müəllim oktyabrın 22-də dərs cədvəlinin ona əvvəlcədən məlumat verilmədən dəyişdirildiyini bildirib.
Günay Məmmədovanın sözlərinə görə, müəllimlərin işə qəbulu (MİQ) imtahanında yüksək nəticə göstərərək qəbul olunduğu məktəbdə dərs cədvəli əvvəlcə onun əsas iş yerindəki qrafikinə uyğun tərtib edilib. Lakin sonradan cədvəl gecə saatlarında birtərəfli qaydada dəyişdirilib.
Müəllim bu dəyişikliyin onun fəaliyyətinə mane olmaq məqsədi daşıdığını və ictimai fəallığı ilə əlaqəli olduğunu iddia edib.
O, həmçinin məktəbin fəaliyyətinə dair əvvəllər müxtəlif platformalarda yayımlanan və müsbət rəylər alan videosüjetlərin məktəbin rəsmi səhifəsindən silindiyini bildirib.
Günay Məmmədova səhər saatlarından sosial şəbəkədə canlı yayımlar edərək məsələni ictimailəşdirib və hüquqlarının təmin olunmasını tələb edib.
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar







































