Sosial
“12 milyona alınan stadionda oturacaqlar sınıqdır” - “Sabah”dan iradlara cavab - VİDE0
Ötən gün keçirilən “Sabah” – “Qarabağ” matçına gələn azarkeşlər “Sabah”ın yeni stadionunun şəraitsizliyi ilə bağlı sosial şəbəkədə tənqidi fikirlər səsləndiriblər.
Publika.az xəbər verir ki, paylaşılan görüntülərdə azarkeşlərin matça çətinliklə gəlib çatdığı əks olunub.
Bildirilib ki, stadionun parkinq zonası boş olsa da, onları ictimai parkinq adı ilə dəniz qırağına göndəriblər. Tıxac və yolların palçıqlı olması səbəbilə azarkeşlər matça gecikib. Həmçinin qeyd edilib ki, 12 milyona alınan yeni stadionda köhnə, sınıq oturacaqlar qoyulub.
Məsələ ilə bağlı “Sabah”a sorğu ünvanladıq. Klubdan “Qafqazinfo”ya bildirildi ki, oyuna gələn tərəfdarların bütün narazılıqları nəzərə alınır və onlar üçün daha yaxşı şəraitin yaradılması istiqamətində işlər davam etdirilir: “Stadionla bağlı azarkeşlərimizin hər bir müraciətinə ciddi yanaşır, səsləndirilən irad və təklifləri nəzərdən keçirərək müvafiq tədbirlər görməyə çalışırıq. Hazırda “Sabah Arena”da şəraitin yaxşılaşdırılması istiqamətində işlər davam edir. Növbəti oyunlarda azarkeşlərimiz üçün daha rahat şərait yaratmaq məqsədilə lazımi addımlar atacağıq”.(“Qafqazinfo”)
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?




















.jpg)

















