Sosial
"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur
Bu gün "Global Media" şirkətlər qrupuna daxil olan "Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur.
Publika.az xatırladır ki, "Report" İnformasiya Agentliyi 2014-cü ildə ictimaiyyəti dolğun informasiya ilə təmin etmək məqsədilə fəaliyyətə başlayıb.
Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən agentlik ötən 12 il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.
Yarandığı gündən agentliyin qarşıya qoyduğu məqsəd ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv müsahibə, rəy və açıqlamalar yaymaq, Azərbaycanda və dünyada keçirilən irimiqyaslı tədbirləri xəbər, foto, video reportajlar vasitəsilə işıqlandırmaqdan ibarət olub.
Media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə aşılamaq məqsədilə agentlikdə 2018-ci ildən Report Media Məktəbi fəaliyyət göstərir.
Publika.az kollektivi "Report"da çalışan həmkarlarını təbrik edir, yeni-yeni uğurlar arzulayır!
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video






.jpg)

.jpg)

















.jpg)











