Sosial
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi
Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb.
Publika.az xəbər verir ki, Şirkətlər Qrupunun əməkdaşlarının övladları olan gənclər 2026–2027-ci tədris ili üzrə ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərərək bu təqaüdə layiq görülüblər.
Görüşdə tələbələr əldə etdikləri uğurlar münasibətilə Şirkətlər Qrupu adından təbrik olunublar. Bildirilib ki, onların əzm və zəhməti ilə qazandıqları nailiyyət ailələri ilə yanaşı, böyük “Veysəloğlu”ailəsi üçün də qürur mənbəyidir. Gənclər və onların valideynləri bu uğura aparan yol barədə fikirlərini bölüşüblər. Görüşdə Aydın Veysəloğlu gəncləri təbrik edərək onların əldə etdikləri yüksək nəticələrdə şəxsi qabiliyyət və zəhmətlə yanaşı, məktəbin və ailənin də mühüm rol oynadığını bildirib:
“Həyatda uğur qazanmaq üçün böyük şansınız, eyni zamanda böyük məsuliyyətiniz var. Sizin kimi yüksək nəticə əldə etmiş gənclərin sayı ölkəmizdə çox deyil. Qarşıda sizi universitet həyatı və gələcək karyera gözləyir. Dayanmaq olmaz. Bu gün dünya ölkələri arasında rəqabətdə ixtisaslı kadrlara sahib olmaq çox önəmlidir. İnsan kapitalı böyük dəyər daşıyır. Çalışın ki, əldə etdiyiniz nəzəri bilikləri təcrübə ilə birləşdirəsiniz, ixtisasınıza uyğun fəaliyyət göstərən şirkətlərlə daim əlaqədə olasınız. Bu, bilik və bacarıqlarınızı gələcəkdə uyğun sahələrdə tətbiq etməyinizə kömək edəcək. Valideynləriniz sizin uğurlarınıza necə sevinirlərsə, mən də bir o qədər sevinirəm. Bu uğurunuzla bağlı şəxsi sosial şəbəkə hesablarımda da paylaşım etmişəm”.
Prezident təqaüdünə layiq görülən gənclərdən Hüseyn Seyidov 689,8 bal toplayaraq Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olub. Atası Eldəniz Seyidov “Veysəloğlu Qrup” MMC-də İnsan Resursları və İnzibati İşlər Departamentinin müdiri vəzifəsində çalışır.
Aylin Nəbiyeva 667,4 balla Bakı Ali Neft Məktəbinin Maliyyə ixtisasına qəbul olub. Atası Fərhad Nəbiyev “Veysəloğlu” MMC-nin Mars eksklüziv satış şöbəsinin Sumqayıt ofisində çalışır.
Əli Umudov 662 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisasına qəbul olub. Anası İradə Umudova “OBA Market” MMC-də satıcı-kassir vəzifəsində çalışır.
Xəyal Xasməmmədli isə 659,4 balla Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisasına qəbul olub. Atası Teymur Xasməmmədov “Araz Supermarket” MMC-də administrator vəzifəsində çalışır.
Tədbirin sonunda Prezident təqaüdçülərinə Şirkətlər Qrupu adından hədiyyələr təqdim olunub və xatirə fotosu çəkdirilib. Qeyd edək ki, builki ali məktəblərə qəbul imtahanlarında Veysəloğlu Şirkətlər Qrupunda çalışan ümumilikdə 16 əməkdaşın övladı 600-dən çox bal toplayıb.
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı













.jpg)

.png)
.jpg)





.jpg)

.png)


.jpg)
















