Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - Səbəb nədir?
Bizi izləyin

Sosial

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - Səbəb nədir?

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - Səbəb nədir?

"Azərbaycanda cəmi bir ay ərzində ödəniş kartlarının sayı 414 min ədəd artaraq 23,4 milyona çatıb. Avqustda artım 189 min idisə, sentyabrda bu artım 2,2 dəfə sürətlənib. Yəni, adambaşına 2,3 karta çatıb".

Publika.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, kartların sayına və kartdan-karta köçürmə əməliyyatlarına tətbiq edilən limitlər bu artımın əsas səbəbidir:

"Çünki insanların limitlərdən yayınmaq üçün əməliyyatlarını müxtəlif banklar və kartlar arasında bölüşdürməyə çalışması iqtisadi baxımdan məntiqlidir. Bu, mənim ən böyük ehtimalımdır, fakt deyil. Bunu fakt kimi deməm üçün əlavə olaraq aktiv kartların sayı, köçürmələrin həcmi və limitə çatan istifadəçilər barədə statistika və s. lazımdır. Bundan sonra təhlil edib, daha dəqiq səbəbi yaza bilərik. Əslində, insanların tətbiq edilən limitlərdən yayınmaq üçün müxtəlif bankların kartlarından istifadə etməsinə görə onları qınamaq da doğru olmaz. Bu, məhdudiyyətlərə uyğunlaşmaq istiqamətində təbii iqtisadi davranışdır, bir şərtlə ki, qanunvericilik pozulmasın.

Digər tərəfdən, beynəlxalq təcrübəyə baxdıqda Azərbaycanda adambaşına düşən təxminən 2,3 ödəniş kartı qeyri-adi göstərici deyil. Məsələn, Çində hər nəfərə orta hesabla 7 kart, avrozonada 2,5, Böyük Britaniyada isə 2,4 kart düşür. Yəni, Azərbaycan bu baxımdan Avropanın inkişaf etmiş maliyyə bazarları ilə müqayisə olunan səviyyədədir. Sadəcə hazırda fokus tələbə edən məsələ kart sayındakı artımın qısa müddətdə 2,2 dəfə sürətlənməsi və bunun arxasında dayanan iqtisadi səbəbdir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm