Vəzifəli şəxslər xidməti avtomobildən istifadə edə bilməyəcəklər
Bizi izləyin

Sosial

Vəzifəli şəxslər xidməti avtomobildən istifadə edə bilməyəcəklər

Vəzifəli şəxslər xidməti avtomobildən istifadə edə bilməyəcəklər

“Maraqlar toqquşması haqqında” qanun layihəsində dövlət və bələdiyyə əmlakından istifadə ilə bağlı məhdudiyyətlər müəyyən edilir.

Publika.az xəbər verir ki, Milli Məclisdə müzakirəyə çıxarılacaq qanun layihəsinə əsasən, vəzifəli şəxslər dövlət və bələdiyyə əmlakından, o cümlədən maliyyə vəsaitlərindən, rabitə və kompüter sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki avadanlıqlardan şəxsi maraqları naminə və xidməti vəzifələrinin icrası ilə əlaqəsi olmayan məqsədlər üçün istifadə edə bilməzlər.

Müddəa dövlət resurslarından istifadə zamanı şəxsi maraqların xidməti fəaliyyətə təsir göstərməsinin qarşısını almağa yönəlib.

Layihənin 4-cü maddəsində də vəzifəli şəxsin xidməti vəzifələrindən şəxsi maraqları üçün istifadə etməməsi əsas tələblərdən biri kimi müəyyənləşdirilir.

Sənəddə maraqlar toqquşmasının idarə edilməsi zamanı şəffaflıq, hesabatlılıq, dürüstlük və dövlət və ictimai maraqların üstünlüyü prinsiplərinə əməl olunması nəzərdə tutulur.

Qanun layihəsi qəbul edilərsə, bu müddəaların tətbiqi müvafiq qurumlarda dövlət və bələdiyyə resurslarından istifadəyə nəzarətin həyata keçirilməsi ilə əlaqəli olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm