Sosial
ADSEA: Şirvan suvarma kanalının tikintisi üzrə işlərin 83 faizi tamamlandı
“Şirvan suvarma kanalının tikintisi üzrə işlərin 83 faizi tamamlanıb. Kanalının yenidən qurulması və genişləndirilməsi istiqamətində tikinti işləri mərhələli şəkildə davam etdirilir. Layihə su ehtiyatlarından səmərəli istifadə, su itkilərinin azaldılması və suvarılan torpaq sahələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi Akif Quliyev deyib.
O bildirib ki, tikinti işləri dörd mərhələdə həyata keçirilir.
“Birinci mərhələ üzrə, baş qurğu da daxil olmaqla, işlərin 83 faizi, ikinci mərhələ üzrə 56 faizi, üçüncü mərhələ üzrə 44 faizi, dördüncü mərhələ üzrə isə 60 faizi tamamlanıb. Kanalın 113 kilometrlik hissəsində betonlama işləri aparılıb, 30–34-cü kilometrlər aralığında isə torpaq qazıntısı və torpağın yayılması işləri həyata keçirilib. Ölkənin birinci suvarma kanalı kimi Qarabağ kanalı həmişə demək səsləndirirdi. Artıq Şirvan suvarma kanalı ölkənin bütün parametr göstəricilərinə görə birinci suvarma kanalı kimi tarixə düşəcək", - ADSEA rəsmisi vurğulayıb.
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"











.jpg)



.jpg)








.jpg)











