Sosial
Anasının zorakılığına məruz qalan 14 yaşlı qız sığınacağa yerləşdirildi
Anası tərəfindən zorakılığa məruz qalan yeniyetmə sığınacağa yerləşdirilib.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.
O bildirib ki, atasını itirdikdən sonra anası ilə yaşayan 14 yaşlı qızın valideyni yenidən evlənib. Ailədə körpənin dünyaya gəlməsi ilə qızın həyatında ağır günlər başlayıb: “İddialara görə, anası ona çox pis münasibət göstərib və qız, demək olar ki, hər gün zorakılığa məruz qalıb.
Evdə baş verənlərdən narahat olan bibiləri uşağın vəziyyətinin yaxşı olmadığını dəfələrlə görüblər. Onlar anadan uşağa rahatlıq verməsini, ona qarşı zorakılığa son qoymasını istəsələr də, bu cəhdlər nəticəsiz qalıb. Vəziyyətin ciddiliyini və uşağın həyatının təhlükədə olduğunu görən bibiləri aidiyyəti dövlət qurumlarına müraciət ediblər. Müraciətdən sonra dövlət qurumları ailədə araşdırma aparıb və uşağı anasının yanından götürüblər”.
M.Zeynalova qeyd edib ki, uşağın sığınacağa yerləşdirilməsindən sonra da çətinliklər bitməyib. Anasının ona ünvanladığı təhdidlərdən sonra qız yeni həyatına qorxu və narahatlıq içində başlayıb: “Bu gün 14 yaşı olan qız indiyədək məktəbə getmək imkanından məhrum qalıb. İndi isə sığınacaqda ilk dəfə əlifbanı öyrənir, təhsilə başlayır. Yaşadığı ağır hadisələrə baxmayaraq, gülümsəməyi də unutmur”.
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz

















.jpg)


.webp)

.jpg)

















.jpg)