Sosial
İşə qəbul edilərkən şəxsi maraqlarını bəyan edəcəklər
Vəzifəli şəxslər işə qəbul edilərkən şəxsi maraqlarını bəyan edəcəklər.
Publika.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni - “Maraqlar toqquşması haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, vəzifəli şəxsə xidməti fəaliyyəti zamanı maraqlar toqquşmasına səbəb ola biləcək hüquqi və inzibati aktların qəbul edilməsinə, digər hərəkət və ya hərəkətsizliyə yönəlmiş hər hansı formada təsir etmək qadağan olunur.
Vəzifəli şəxs bu Qanunun 4.2-ci maddəsinə uyğun olaraq maraqlar toqquşmasının qarşısını ala bilmədikdə bu barədə ona məlum olduğu vaxtdan dərhal, bu mümkün olmadıqda isə 3 (üç) iş günündən gec olmayaraq səlahiyyətli subyektlərə yazılı məlumat verməlidir. Məlumata bu Qanunun 21.3-cü maddəsinə uyğun olaraq baxılır.
Vəzifəli şəxs işə (xidmətə, qulluğa) qəbul edilərkən və ya başqa vəzifəyə təyin edilərkən şəxsi maraqlarını bəyan etməməsinin hüquqi nəticələri barədə səlahiyyətli subyektlər tərəfindən xəbərdar ediləcək.
Vəzifəli şəxs tərəfindən bu Qanunun 17.4-ci maddəsində nəzərdə tutulmuş bəyannamənin üzrsüz səbəbdən vaxtında təqdim edilməməsi və ya qəsdən natamam, yaxud təhrif edilmiş məlumatların təqdim olunması qadağan olunur.(“Qafqazinfo”)
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi



















.jpg)


















.jpg)
