Sosial
Başqasının atını icazəsiz sürənlər cərimələndi
Xocalıda kəndlinin atlarını icazəsiz sürənlər saxlanılıb.
Publika.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Daşbulaq kəndində qeydə alınıb.
Kəlbəcər sakini olan 41, 46 və 51 yaşlı şəxslər sərxoş halda örüş yerində atların otladığını görüblər. Onlar hərəsi bir atara minərək kənddə gəzməyə çıxıblar. Bu zaman heyvanların sahibi onları görərək, niyə icazəsiz atlarını mindiklərini soruşub. Daha sonra tərəflər arasında mübahisə başlayıb. Heyvanların sahibi atlarının oğurlanması ilə bağlı polisə şikayət edib.
Polis əməkdaşları hadisə yerinə gələndə də həmin üç şəxs sərxoş halda nalayiq ifadələr işlədərək, ictimai asayişi pozmaqda davam ediblər. Buna görə də onlar saxlanılıb və barələrində müvafiq protokollar tərtib olunub.
Onların hər biri əməlindən peşman olduğunu deyərək, barələrində yüngül cəza verilməsini istəyiblər.
Məhkəmə icazəsiz at sürən şəxslərin hər birini 150 manat məbləğində inzibati qaydada cərimələyib.
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər




































.jpg)
